Respublikamızda “Dənizçi Günü”, Dəniz nəqliyyatı işçilərinin peşə bayramı qeyd edilir

Respublikamızda “Dənizçi Günü”, Dəniz nəqliyyatı işçilərinin peşə bayramı qeyd edilir











Bakuxeber.info redaksiyası olaraq dənizçiləri “Dənizçi Günü” peşə bayramı münasibəti ilə təbrik edirik

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı elan edilib.

Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrdən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir.

Dəniz nəqliyyatı sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin həyata keçirilməsi sahəsində aparılan islahatlar, həmçinin dəniz nəqliyyatı donanmasının və infrastrukturunun yenilənməsi, peşəkar dənizçilərin hazırlanması istiqamətində atılmış addımlar Beynəlxalq Dəniz Təşkilatının və dünyanın qabaqcıl dəniz dövlətlərinin ekspertləri tərəfindən müsbət qiymətləndirilir, bununla da respublikamızın bu sahədə uzun illər ərzində formalaşmış imicinin daha da artması təmin edilir.

Respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşması bu sahədə yeni-yeni uğurların əldə olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə söyləməyə əsas verir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər