Xankəndidəki savaş məğlubiyyətlə nəticələnəcək - Abramyan

Xankəndidəki savaş məğlubiyyətlə nəticələnəcək - Abramyan


Yaranmış durum Xankəndidəki separatçı qruplaşmalar arasında şiddətli savaşa səbəb olub. Şiddətli savaş daha çox Vardanyanla Araik Arutyunyan arasında gedir. Digər qruplar da bu iki qüvvə arasında mövqelərini müəyyənləşdirməkdədir. Xankəndidəki bu savaşın bir ucu İrəvandan qaynaqlanır və oradan dəstəklənir.

Xankəndidəki separatçı qruplar öz mövqelərini möhkəmləndirib, daha geniş təsir dairəsini genişləndirmək üçün İrəvandakı və xarici qüvvələrdəndən dəstək almağa çalışır. Amma bütün bunlara baxmayaraq Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe nəticəsində Xankəndidə separatçıların, onların havadarlarının mövqeləri hər ötən gün zəifləməkdə və niyyətlərə iflasa uğramaqdadır. Bunu İrəvandakı siyasi qüvvələrə də etiraf etməkdədir.

Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində Xankəndidəki separatçılar arasında gedən amansız savaş haqda bildirib.

“Qarabağda daxili siyasi müzakirələr əsasən “konstitusiya”nın dəyişdirilməsi, mövqelər və təsir dairəsi uğrunda şiddətli döyüşlər gedir. Bununla da onilliklər boyu aparılan mübarizə prioritetləri itirilir.
Qarabağın daxili siyasi gündəmi zibildən təmizlənməlidir. Əks halda məğlubiyyət qaçılmazdır”, - o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər