İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

 İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədovdur.

MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İsmayıl Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

MQS LTD İdarə heyyətinin sədri İsmayıl Məmmədov - Fevral ayının 6-da Türkiyədə ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələyə görə insan tələfatı ilə mübarizə aparan axtarış-xilasetmə qruplarına bir çox ölkələr dəstək verib. Qardaş ölkəyə dünyanın müxtəlif yerlərindən yardımlar gəlməkdə davam edir. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

 İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının böyük bir həqiqət olduğu bu ağır faciənin nəticəsində də özünü bir daha isbat etdi. Dostun, qardaşın, müttəfiqin, can və qan sirdaşımızın dar günündə bir millət, bir dövlət olaraq, “dəmir yumruq” kimi birləşməyimiz, birlik, həmrəylik nümayiş etdirməyimiz bir millət və iki dövlətin bütün bəşəriyyətə verdiyi müdrik bir ibrət dərsidir.

Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bu acı faciənin fəsadlarının aradan qaldırılmasına kömək etməyin bizim üçün şərəf olduğunu qeyd edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə zəlzələnin baş verdiyi ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici şəxsi heyəti və Müdafiə Nazirliyinin hərbi tibb personalı fəal şəkildə çalışır. Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

 İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Nazirliyin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir. Mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.


 İsmayıl Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər