Tovuz sakini 18 yaşlı bacısının boğazını kəsdi

Tovuz sakini 18 yaşlı bacısının boğazını kəsdi















Faktla bağlı istintaq işi davam edir

İyunun 19-da Tovuzun Aşağı Quşçu kəndində törədilən qətlin üstü açılıb.

Kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi məlumata görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilib.

T.Hüseynov bildirib ki, hadisə qısqanclıq zəminində baş verib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində aşkar olunub. Gənc qızın boğazı kəsilərək çayın üzərindəki körpünün altına atılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər