“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...

“Ermənilər Cənubi Qafqazda yaşamaq haqqını itiriblər” - Zatən burda qonaq idilər...


“1918-ci ildə İrəvan ermənilərə güzəştə gedildikdən cəmi bir neçə gün sonra onlar Azərbaycan xalqının ərazilərə verdiyi adların dəyişdirilməsinə başlayıb”.

Bunu Bizim.Media-ya müsahibəsində AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

O, BİLDİRİB Kİ, Ermənilərin törətdikləri dəhşətli cinayətlərdən biri də Qərbi Azərbaycanın tarixi ilə bağlıdır:

“Bu ərazidə bütün toponimlərin adları ermənilər tərəfindən dəyişdirilib. 1918-ci il may ayının 30-dan 1920-ci il ilin noyabrınadək 17 ərazinin, dağların, çayların, göllərin adı dəyişdirilib. 1920-ci ilin noyabrından 1936-cı ilin iyununa qədər 11, 1936-cı ildən (İrəvan şəhəri, Göyçə gölü daxil olmaqla) 1991-ci ilədək 852-dən çox ərazi adı dəyişdirilib. YUNESCO-nun qəbul etdiyi Konvensiyaya görə yerli əhalinin qoyduğu adların dəyişdirilməsi cinayət hadisəsi hesab olunur”.

Müsahibimiz bildirib ki, ermənilər törətdikləri əməllərə görə, Cənubi Qafqazda yaşamaq haqqını itiriblər:

“Ermənilərin bu ərazilərdə törətdiyi cinayət hadisələrinə kompleks şəkildə yanaşanda, mən bir vətəndaş olaraq bunu deyirəm, onlar artıq Cənubi Qafqazda yaşamaq hüququnu itirib. Azərbaycan xalqına qarşı təkcə fiziki cəhətdən yox, həm də milli-mədəni irsimizə, tarixmizə qarşı cinayət törətdiklərinə görə artıq ermənilərin bu ərazilərdə yaşamaq haqqı yoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər