Bu, Ermənistana və erməni xalqına problemlər yaradacaq - Zatulin

Bu, Ermənistana və erməni xalqına problemlər yaradacaq - Zatulin


“Mənə elə gəlir ki, bu müşahidəçilərin mandatı kifayət qədər məhduddur. Bu müşahidəçilərin Ermənistanın təşəbbüsü ilə meydana çıxması, prinsipcə, Azərbaycanın təzyiqlərinə müqavimət göstərmək və bu təzyiqə qarşı mübarizədə öz müttəfiqlərini tapmaq istəyi ilə bağlıdır”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki müşahidə missiyasını göndərmək barədə qərarını şərh edərkən deyib.

“Bu, Ermənistandakı qərbyönlü qüvvələrin vektoru dəyişmək, oynamaq istədiyini, Ermənistanın özünə, erməni xalqına bununla bağlı problemlər yaratdığının dəqiq sübutudur”, - o qeyd edib.

O əlavə edib ki, erməni probleminin yüz ildən artıq mövcud olduğu bütün müddət ərzində bəyannamələr istisna olmaqla, Qərb dövlətləri nə birincidə, nə ikincidə, nə də başqa müharibədə ermənilərə köməklik göstəriblər: “Bəyanatlar, vədlər çox olsa da, amma hərəkətlər çox az olub və bunun nəticəsi də məlumdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər