Şərurdakı məşhur “Qaqaşxana” necə sökülüb və Cabbarovlardan 700 min dolları kim alıb? - VİDEO

Şərurdakı məşhur “Qaqaşxana” necə sökülüb və Cabbarovlardan 700 min dolları kim alıb? - VİDEO


Naxçıvanda Talıbov rejimi süqut edəndən sonra, heç bir məhkəmə qərarı olmadan və bir manat da olsun kompensasiya ödənilmədən mülkiyyətləri yağmalanan vətəndaşlardan çoxlu sayda şikayət məktubları alırıq. Azinforum.az saytı olaraq, bacardığımız qədər onların ictimailəşməsinə nail oluruq.

Bu məzmunda olan şikayətlərin sırasında xüsusilə diqqət çəkənləri Bakıdan Naxçıvan əsilli iş adamlarının oğurlanaraq MR-ə aparılıb, orada işgəncəyə məruz qalmalarına dair faktları göstərə bilərik. “Flaminqo” olayı, Faiq Rzayev adlı sabiq gömrükçünün başına gətirilən hadisələrlə bağlı ictimailəşdirdiyimiz materialları bu qəbildən saya bilərik. Azinforum.az-a eyni ssenari üzrə təqiblərə məruz qalaraq, mülkiyyətləri əlindən alınan İsgəndər Cabbarov adlı daha bir sahibkar müraciət edib. O, Şərurda hamının yaxşı tanıdığı “Qaqaş” ləqəbli idmançı Rasim Cabbarovun, kinqboks üzrə dəfələrlə dünya çempionu olmuş Güloğlan Cabbarovun böyük qardaşlarıdır.

İsgəndər Cabbarov bildirir ki, 2007-ci ilin fevral ayında o, Naxçıvan Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmiş ( sonradan Şərur rayonunda polis rəisi olan- red) Mamed Hüseynov adlı şəxs tərəfindən güya barəsində olan hansısa şikayətlə bağlı MR-ə dəvət edilib. Aeroportdan enən kimi onun qoluna qandal vuraraq, Böyükdüzdəki müvəqqəti saxlanma təcridxanasına aparıblar. Ona və şəriklərinə bir neçə gün olmazın işgəncələrini veriblər. Hətta onları 20 dərəcə şaxtada lüt şəkildə huşlarını itirənə kimi açıq havada saxlayırmışlar.

İşgəncə prosesinə adı bütün bənzər proseslərdə hallanan Qasım adlı yüksək rütbəli polis, müvəqqəti saxlanma yerinə rəhbərlik edən İlham, onun bir neçə əməkdaşı və Mamed Hüseynov iştirak ediblər. Bu cür işgəncəyə tap gətirə bilməyən İsgəndər Cabbarov və onun Hacı Qasım adlı şəriki sonda onlardan tələb olunan 700 min dollar pulu Mamed Hüseynova ödəyərək canlarını qurtarmaq qərarına gəlirlər.

Zərəçəkən deyir ki, tələb olunan puldan cəmi 5 min dollar çatmadığı səbəbindən onların azad edilməsini pul tam düzələnə kimi bir neçə saat ləngidiblər. Həmin pulun düzəldilməsi prosesində də, “Flaminqo” olayına bənzər ssenari olub. Sahibkarlara məcbur ediblər ki, Bakının Bakıxanov qəsəbəsində olan dəyəri 1 milyon 200 min dollarlıq mağazanı cəmi 300 minə onların öz adamlarına satsınlar. Hazırda həmin yerdə “Apelsin” adlı market fəaliyyət göstərir.

Sahibkarıara tutulan divan bununla da bitməyib. Onların mülkiyyətinə aid olan məşhur “Qaqaşxana” restoranı, onun ətrafındakı yanacaqdoldurma məntəqəsi yerlə – yeksan edilir, içindəki avadanlıqlar və onminlərlə ton yanacaq götürülür. İş adamlarına məxsus Zeyvə-Düdəngə kəndindəki böyük ferma da onları əllərindən alınaraq, Naxçıvandakı hakim ailəyə yaxın adamların nəzarətinə verilir.
Bütün bu cinayət əməllərinin araşdırılması istəyi ilə bağlı zərərçəkmiş iş adamları bütün əlaqədar qurumlara şikayət ediblər. Onlar dəymiş ziyanın ödənilməsini və bu cinayəti törədinlərin qanunamüvafiq qaydada cəzalanmasını tələb edirlər.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər