Qeydiyyat-İmtahan və Texniki Baxış şöbələrində tətbiq olunan yeni qaydalar razılıqla qarşılanır

Qeydiyyat-İmtahan  və Texniki Baxış şöbələrində tətbiq olunan yeni qaydalar razılıqla qarşılanır


Artıq bir neçə ildir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ-nin) fəaliyyəti və bu dövlət qurumunun tabeli strukturlarında vətəndaşlara göstərilən xidmətin göstəricisi hər kəsin nəzər-diqqətini cəlb etməkdədir. Faktdır ki, yol polisi sahəsi də strateji əhəmiyyət kəsb edən bir sahədir və bu sahədə yaşanan ab-hava, həyata keçirilən idarəçilik, atılan hər bir addım və s. gündəlik tam əksəriyyət tərəfindən müzakirə olunur və məsələlərə bəlli münasibət də bildirilir. Düzdür, illər öncə istər BDYPİ-də, istərsə də bu dövlət qurumunun tabeli sturukturlarında yaşanan ab-hava əksəriyyət tərəfindən rəğbətlə qarşılanırdı, hətta atlan hər addıma görə ictimai münasibət də özünü göstərirdi. Artıq bir neçə ildir ki, bu sahədə tamam fərqli formada idarəçilik həyata keçirildiyindən, vaxtilə mövcud olmuş bəzi xırda problemlər aradan qaldırılmış və hər kəsin yol polisi əməkdaşlarına olan inam hissi birəbeş artmışıdır. Sözsüz ki, belə bir münasibətin formalaşmasında rəhbərliyin həyata keçirdiyi idarəçilik əsas rol oynadı.

Bir həqiqəti də qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında son on il ərzində bu sahədə bir çox islahat proqramları həyata keçirildi və çoxsaylı yeniliklərə imza atıldı. O halda görülmüş tədbirlər BDYPİ-nin tabeliyində fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində də daha çox özünü göstərməyə başladı. Məsələn, qeydiyyat-imtahan və texniki baxış şöbələrində atılan addımlara diqqət yetirdikdə bəlli olur ki, hal-hazırda bu şöbələrdə fərqli yanaşma ortaya qoyulur, fərqli idarəçilik qaydaları həyata keçirilir. Söz yox ki, bütün bunlara əsas səbəb, ilk növbədə qanunun tələblərinə əməl olunmasından, eyni zamanda ölkə rəhbəri möhtərəm İlham Əliyev cənablarının vəzifə sahiblərinə verdiyi tapşırıqlar oldu.

Qeydiyyat-İmtahan  və Texniki Baxış şöbələrində tətbiq olunan yeni qaydalar razılıqla qarşılanır


O halın varlığını da unutmaq olmaz ki, bu gün qeydiyyat-imtahan və texniki baxış şöbələrində bir kimsə hansısa haqsızlıqla, hansısa süründürməçiliklə üz-üzə qalmır. Çünki, cənab Nazir bütün şöbələrin, o cümlədən bu şöbənin də fəaliyyətini daim diqqətdə saxlayır. Onu da qeyd edək ki, əgər qeydiyyat-imtahan və texniki baxış şöbələrinin iş günlərindən əlavə, bayram günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq işləmələri nəzərdə tutulmuşdusa, artıq bu sahədə daha bir yeniliyə imza atıldı. Yəni, artıq bu şöbə 24 saat ərzində fasiləsiz olaraq işləyəcək. Bəli, bu addım cənab Nazirin imzaladığı əmr əsasında qol qoyulan yeni bir uğurun başlanğıcı oldu. O da hər kəsə məlumdur ki, iritutumlu yük maşınlarının paytaxt Bakı şəhərinə girişinə saat 22:00-dan sonra icazə verilir. Bu da çox zaman nəqliyyat vasitələri sahiblərinin günorta saatlarında texniki baxış şöbələrinə getmələrinə ya vaxt baxımından, ya da ki, digər səbəblər üzündən imkan vermirdi. Artıq bu sahədə yeni qaydaların tətbiqi hər bir sürücü tərəfindən, ələlxüsus iritutumlu yük maşınlarını idarə edən şəxslər tərəfindən də razılıqla qarşılanmaqdadır. Çünki, tətbiq olunan yeni qaydalara əsasən sürücülər idarə etdikləri nəqliyyat vasitəsini gecə saatlarında da texniki baxışdan keçirə biləcəklər.Yəni, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı “SMS” məlumatı almış, yaxud da qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti başa çatmış avtomobillərin sürücüləri, məhz belə bir imkandan yararlana biləcəklər. Bəli, belə bir addımın atılması hər kəsin, o cümlədən bir media qurumunun nümayəndəsi olaraq bizim də maraq dairəmizə daxil olduğundan, bu yöndə müəyyən araşdırmalar apardıq və bir çox sürücülərdən tətbiq olunan yeni qaydalara münasibətlərini öyrənməyə çalışdıq. Yəni, yeni qaydaların tətbiqindən sonra gecə saat 3-4 radələrində bəzi texniki baxış şöbələrində olduq və gözlərimizlə gördüklərimizə sanki heyran qaldıq. Bir sözlə, şahidi olduq ki, gecə növbəsində çalışan şöbə əməkdaşları da hər sürücüyə qarşı olduqca diqqət göstərirlər və onların idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə qanunamüvafiq qaydada lazımi imkanlar yaradırlar. Bu və ya digər məsələlərlə bağlı apardığımız araşdırmalardan sonra bəlli oldu ki, yeni qaydaların tətbiqinə münasibət bildirən sürücülər, məhz bu addımı həm razılıqla, həm də alqışla qarşılayırlar. Hətta, onlar belə bir imkanın yaradılmasına, sürücülərə göstərilən diqqət və qayğıya görə daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkür etməyi də unutmadılar. Bir sözlə, məsələlərə münasibətlərini bildirən sürücülər cənab Nazirin idarəçiliyini və yeni qaydaların tətbiqi ilə bağlı atılan addımları yüksək qiymətləndirdilər.

Onu da bildirək ki, BDYPİ-nin tabeliyində fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində çalışan hər bir əməkdaş, bu gün üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk edir və əməkdaşlardan hər biri rəhbərliyin göstərdiyi etimadı doğrultmağa çalışırlar. Bəli, cənab Vilayət Eyvazovun nazir vəzifəsinə təyinatından sonra bu nazirliyin bütün tabeli qurumlarında, o cümlədən qeydiyyat-imtahan və texniki baxış şöbələrində kiminsə üzləşdiyi, yaxud da üzləşə biləcəyi problemlər diqqətlə dinlənilir, yeri gəldikdə şöbə əməkdaşları tərəfindən hər kəsə lazımi məsləhətlər də verilir. Bu da polis adını, polis ləyaqətini hər zaman, hər an uca tutmağa imkan verir. Onu da qeyd etmək yerinə düşər ki, əgər hər bir vəzifə sahibi üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gələrsə, o halda ümumi problemlərimiz də öz həllini tapar və gələcək inkişafımız lazımi imkanlar yaranar. Hal-hazırda qeydiyyat-imtahan və texniki baxış şöbələrində çalışan əməkdaşların bu cür əməl və amal sahibi olmaları onu söyləməyə əsas verir ki, şöbə əməkdaşlarından hər birinin atdığı addımlar ümumilli maraqlarımızın həlli yöndə atılan addımlardır. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Ruslan
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər