DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV KƏMƏRQAYA KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV KƏMƏRQAYA KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

Yanvarın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev möhtərəm Prezident cənab İlham Əliyevin göstərişi ilə yerlərdə sakinlərlə belə görüşlərin mütəmadi olaraq keçirildiyini və vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıq və tövsiyələrin rayonda daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Əhəd Abıyev çıxışında vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi böyük tarixi hadisədir. Çünki Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətlər göstərərək xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
İcra başçısı 2022-ci ildə rayonda görülən işlərdən, əldə edilən nailiyyətlərdən, həmçinin ötən illərdə Kəmərqaya kəndində keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan bir sıra məsələlərin həll olunmasından danışıb. Həmçinin diqqətə çatdırıb ki, ötən dövrlərdə Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbdə, kəndin elektrik və rabitə xətlərində təmir-bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmış, əlavə su xətti çəkilmiş, ərazinin turizm imkanları nəzərə alınaraq bir sıra sosialyönümlü layihələr həyata keçirilmiş, ən əsası isə kənd qazlaşdırılmışdır.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev kənd sakinlərinin müraciət və təkliflərini fərdi qaydada dinləyərək onları narahat edən problemlərin aradan qaldırılmasına dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də araşdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Kəmərqaya kənd sakinləri görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər