Bill Qeyts Yer Kürəsinə müdaxilə etdi

Bill Qeyts Yer Kürəsinə müdaxilə etdi


Məşhur milyarderlər Bill Qeyts və Ceff Bezos Günəşin qaraldılması layihəsinə dəstək verib.

Publika.az xəbər verir ki, qlobal istiləşmə problemləri ilə mübarizə aparan alimlər hazırda bu məsələni müzakirə edir.
Məlumatlara görə, “Make Sunsets” adlı bir şirkət öz qərarı ilə mübahisəli metoddan istifadə edib. Belə ki, şirkət atmosferi soyutmaq məqsədilə stratosfer təbəqəsinə kükürd dioksit parçaları atmaq istiqamətində işlərə başlayıb. Kükürd dioksitlə dolu balonlar Meksikadan atmosfere buraxılıb. Balonlar yüksək təbəqələrə qalxdıqda maddələri buraxmağa başlayacaq və bununla Günəş şüalarını kosmosa göndərməklə qlobal soyuqlaşmanı təmin edəcək.

Elm dünyası bu məsələni ciddi şəkildə müzakirə edir. Əsas fikir belədir ki, şirkət özbaşına belə qərar verib və bu Yer kürəsinə müdaxilə deməkdir. Layihəyə Bill Qeyts və Ceff Bezosun dəstək verdiyi haqda məlumatlar var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər