Zatulin: Paşinyanın bütün oyunları buna xidmət edir

Zatulin: Paşinyanın bütün oyunları buna xidmət edir


“Avropa və ABŞ ölkələri Ermənistan tərəfinə münaqişənin həllində kömək etmək niyyətində deyil. Bu vəziyyətdə Ermənistanın KTMT ilə bağlı heç nə etməyəcəyi barədə bəyanatlar heç bir şəkildə Ermənistanı gücləndirmir. Bütün bunlar Paşinyan hökumətinin müttəfiqini dəyişmək kursunda olduğunu göstərir”.

Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına açıqlamasında deyib.

O qeyd edib ki, Paşinyanın bütün oyunları Qərbi regiona cəlb etməyə xidmət edir: “İndi baş verənlərin hamısı Paşinyan hökumətinin manevrləridir, o, son altı ayda açıq şəkildə müttəfiqlərini dəyişmək üçün çalışır. Rusiyanın əvəzinə - Qərb. Bu bəyanatların səsləndirilməsi onların oyun oynamasından xəbər verir”.

Rusiyalı deputatın fikrincə, Paşinyan Qərbi, xüsusən də ABŞ, Fransanı bölgəyə cəlb etməklə Türkiyə və Azərbaycana qarşı qoymaq istəyir.

“Bu yolla da istəyinə nail olmağa çalışır. Amma onlar heç vaxt etməyiblər və etməyəcəklər də, mən buna əminəm. Çünki onlar üçün, xüsusən də ABŞ üçün ən vacibi Rusiyanı bu bölgədən çıxarmaqdır. Qalan hər şey - erməni əhalisinin və Qarabağın taleyi onları az maraqlandırır”, - o vurğualyıb.

Onun sözlərinə görə, Rusiya öz öhdəliklərini yerinə yetirməlidir və o onları yerinə yetirir. “Amma o (yəni-Rusiya-red), Qarabağ məsələsində ermənilərin və Ermənistanın yerinə hərəkət edə bilməz”, - Zatulin vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər