Bakı separatçılarla danışıqlardan imtina edib: - “Görüş təklifimizi rədd etdilər, heç cavab da vermirlər”

Bakı separatçılarla danışıqlardan imtina edib: - “Görüş təklifimizi rədd etdilər, heç cavab da vermirlər”



Azərbaycan Qarabağdakı separatçılarla hər hansı bir təmas qurulması və danışıq aparmaqdan qəti şəkildə imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bunu separatçıların nümayəndəsi Metaxe Akopyan deyib.

O bildirib ki, bir neçə dəfə Bakıya Laçın dəhlizinin açılması ilə bağlı danışıqlar aparmaq üçün müraciət etsələr də, Azərbaycan tərəfi bundan imtina edib. “Azərbaycan tərəfi Qarabağ admnistrasiyası ilə heç bir şəkildə danışıq aparmaq istəmir. Laçın dəhlizinin açılması ilə bağlı danışıq aparmaq təklifimiz də rədd edilib. Biz üçtərəfli formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə dialoqa hazırıq. Lakin Azərbaycan tərəfi bu təkliflərimizə nəinki yanaşmır, heç cavab belə vermir. Artıq bu məsələ Paşinyan-Putin-Əliyev üçtərəfli formatda həll olunmalıdır. Bunu başqa səviyyədə həll etmək mümkün deyil”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər