Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq edəcək”

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq edəcək”


ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, rəsmi Vaşinqton Cənubi Qafqazda təhlükəsizliyi və sülhü bundan sonra da təşviq edəcək.

Bu barədə ABŞ Dövlət Departamentindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Səfir Filip Riker ötən ilin avqustunda Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə təyin olunduqdan sonra onun bu vəzifəni 2022-ci ilin sonuna qədər qısamüddətli əsasda tutacağı ilkin olaraq başa düşülür və gözlənilirdi”, - məlumatda qeyd olunub.

Dövlət Departamenti bəyan edib ki, F.Rikerin səlahiyyət müddətinin başa çatması ABŞ-nin Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyi təmin etməsinə sadiqliyinə heç bir şəkildə xələl gətirmir.

Vurğulanıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və həll olunmamış məsələlərin həlli yollarını tapmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir.

Xatırladaq ki, Filip Rikerin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri vəzifəsində səlahiyyət müddəti yanvar ayında başa çatıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər