Müharibə başlasa, Ermənistanın aqibəti daha ağır olacaq - FAKT BUDUR!

Müharibə başlasa, Ermənistanın aqibəti daha ağır olacaq - FAKT BUDUR!


Beynəlxalq Böhran Qrupu Ermənistanla Azərbaycan arasında yeni münaqişə ola biləcəyini iddia edib. Təşkilatın ekspertləri qarşıda gözlənilən risklərlə bağlı məqalə yayıblar. Analitik məqalədə iddia edilib ki, sanki Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir. Onların rəyinə görə, Rusiyanın Ukraynadakı uğursuzluqları regiondakı hesablamaları alt-üst edib: "Yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq. O vaxtdan balans daha da Azərbaycanın xeyrinə dəyişdi.

Ənənəvi silah alverçisi olan Rusiyanın təchizat çatışmazlığı səbəbindən Ermənistan ordusu qoşunlarını və silah-sursatını artırmayıb. Azərbaycan isə əksinə, güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırır”. Hesabatda xüsusilə qeyd olunur ki, 2020-ci ildə əldə olunan atəşkəsdən sonra Rusiya Qarabağda sülhməramlılar yerləşdirib. Həmçinin Ermənistan-Azərbaycan sərhədinin 44 günlük müharibədən sonra yeni cəbhə xəttinə çevrilmiş həmin hissələrində öz sərhəd qüvvələrini və hərbi heyətini gücləndirib:

"Rusiya qüvvələri keçən il bir neçə cəhdin qarşısını ala bilmədi. Mart və avqust aylarında Azərbaycan qoşunları Qarabağda yeni əraziləri, o cümlədən strateji yüksəkliklərə sahiblənib. Sentyabrda isə Azərbaycan hərbçiləri Ermənistan ərazisinə belə daxil olmağı bacarıb”. BBQ hesabatında qeyd edilib ki, danışıqların heç nəyə gətirib çıxarmayacağı və ya növbəti hərbi münaqişəyə səbəb olacağı təqdirdə, bu həm Moskvanın, həm də Qərbin hazırladığı planların əbəs olacağına səbəb olacaq: “Azərbaycan isə güc yolu ilə istədiyini alacaq”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Beynəlxalq Böhran Qrupunun proqnozlarının erməni saytları tərəfindən də geniş yayılması separatçıların və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur. Analitik vurğulayıb ki, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: "Avropanın Azərbaycan qazına ehtiyacı var. Hesabat müəllifləri bununla demək istəyiblər ki, Azərbaycana yeni hədəflərinə çatmaqda Avropa mane olmayacaq.

Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır. Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu, beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq.

Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir. Azərbaycan Ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu.

Azərbaycan fəalları Ermənistanla Qarabağı birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə yenə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər.

Belə vəziyyətdə Ermənistanın heç bir ümid yeri yoxdur, yeganə alternativi Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımaq və bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq separatizmlə zəhərlənən beyinlər hələ buna imkan vermir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər