Çində COVID yoluxmalarının artması nefti ucuzlaşdırır

Çində COVID yoluxmalarının artması nefti ucuzlaşdırır


Çində artan COVID-19 yoluxmaları dünyanın ən böyük xam neft idxalçısı üçün yanacağa tələbatın bərpası ümidlərini azaltdığından neft qiymətləri cümə axşamı günü aşağı düşüb.

"Fevral ayı üçün "Brent" fyuçersləri 0,26 dollar və ya 0,3% ucuzlaşaraq 1 barel üçün 83,00 dollara, ABŞ xam nefti (WTI) isə 0,26 dollar və ya 0,3% ucuzlaşaraq 78,70 dollara düşüb.

Epidemiyanın miqyası və rəsmi məlumatlara dair şübhələr bəzi ölkələri Çin ziyarətçiləri üçün yeni səyahət qaydaları qəbul etməyə vadar edib.

Həmçinin Federal Ehtiyat Sisteminin (FED) qiymət artımını məhdudlaşdırmağa çalışması ABŞ-da növbəti faiz artımı gözləntiləri yaradıb ki, bu da neft bazarına mənfi təsir göstərib..

Bazar mənbələrinin Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın xam neft ehtiyatları dekabrın 23-də bitən həftədə gözləniləndən az, təxminən 1,3 milyon barel azalıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər