Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


SDU-da "Enactus Azərbaycan" beynəlxalq proqramının info-sessiyası keçirildi

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Dekabrın 26-da Sumqayıt Dövlət Universitetində Enactus Azərbaycan proqramının info-sessiyası baş tutdu.
SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev iştirakçıları salamlayaraq tədbiri açdı. "Enactus Azərbaycan" proqramının direktoru Rəşad Zeynalovu tədbir iştirakçılarına təqdim etdi, Universitetin rektoru professor Elxan Hüseynovun salamlarını və tələbələrə yeni layihəlrdə daha aktiv iştirak etmələri barədə tövsiyyələrini çatdırdı. SDU-nun Enactus komandasının fəaliyyətindən, bu sahədə həyata keçirilmiş layihələrdən, proqramının gənclər üçün əhəmiyyətindən, tələbələrin bu layihələrə artan marağından danışdı. Qeyd etdi ki, gələcəyini düşünən hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini məhz rasional gənclər siyasəti təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, gənclərimiz dövlətimizin daim qayğı və dəstəyin hiss edirlər. Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır, gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrin həyata keçirilməsinə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.
Sonra çıxış üçün söz SDU-nun Enactus komandasının kapitanı Şəfa İsayevaya verildi, o da çıxışında bildirdi ki, Dünyanın 34 ölkəsindən minlərlə tələbəni birləşdirən “Enactus” proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə həyata keçirilməkdədir. SDU-da silsləli şəkildə layihələr icra edir. “Enactus” proqramının tələbəyönümlü siyasətini nəzərə alaraq, hər il ölkəmizin ali və orta təhsil müəssisələrini təmsil edən “Enactus” komandaları Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində layihələr hazırlayaraq Milli Çempionat və Dünya Kubokunda mübarizə aparırlar. SDU-nun Enactus komandası belə müsabiqələrdə bir neçə dəfə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür.
SDU-nun magistrantı Seymur Talıbov “Hand made store” layihəsinin təqdimatını edərək layihə barədə ətraflı məlumat verdi və bu layihə maraqla qarşılandı.
Daha sonra "Enactus Azərbaycan" proqramının ölkə üzrə proqram direktoru Rəşad Zeynalova söz verildi. O, komandaların formalaşdırılması, hazırlanacaq layihələrin meyarları və hər il təşkil olunan Milli yarış və Dünya Kuboku barəsində də danışdı. “Enactus” proqramı çərçivəsində ölkəmizdə müntəzəm olaraq müxtəlif sahələri əhatə edən tədbirlər həyata keçirilməkdədir. Belə ki, cari ilin 18 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə təşkilatçılığı və “BP Azərbaycan” şirkətinin baş sponsorluğu ilə “Enactus Azərbaycan” Milli Yarışı həyata keçirilmişdir. Milli yarışda 17 ali və orta ixtisas təhsil müəssisəsi üzrə komandalar 6 mindən çox insanı əhatə edən 36 fərqli sosial sahibkarlıq layihəsini təqdim etmişdir. Gənclərin innovativ layihələrə cəlb edilməsinin, sahibkarlıq ideyasının tələbələr arasında təbliğ edilməsinin önəmini vurğulayan R.Zeynalov yüksək potensiala malik olan SDU-nun “ENACTUS” komandasına uğurlar arzuladı.
Görüşdə Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent Lalə Bunyatova, Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının dosenti Şəfiqə Məmmədova, Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva iştirak etdilər.
İnfo-sessiya sual-cavab ilə yekunlaşdı.

SDU-nun bir qrup müəllim və tələbə heyəti şəhid ailəsini ziyarət edib

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Sumqayıt Dövlət Universiteti də şəhid adının hər zaman uca tutulmasına və onlara hər bir işdə dəstək göstərilməsinə çalışır. Universitetin Kimya və biologiya fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində fakültənin məzunu, Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş-leytenant Teymur Əzizovun ailəsini ziyarət edib.
Görüşdə Kimya və biologiya fakültəsinin dekan müavini Sabir Ələkbərov çıxış edərək 44 gün davam edən Vətən müharibəsində qazandığımız nailiyyətlərdən, qəhrəman igidlərimizin torpaqlarımızın azadlığı uğrunda göstərdikləri şücaətdən danışdı.
Sabir Ələkbərov onu da qeyd etdi ki, bu döyüşlərdə Sumqayıt Dövlət Univeristetinin də məzun və tələbələri Vətənə layiq qəhrəman oğullar kimi ad qazanıblar.
Səmimi söhbət əsnasında şəhid Teymur Əzizovun qəhrəmanlığı və igidliyi barədə danışıldı, onun təhsil aldığı Sumqayıt Dövlət Universitetindəki nümunəvi tələbəlik illəri xatırlandı.
Ailə üzvləri qeyd etdilər ki, Teymur Əzizov şəhidliyi ən yüksək məqam sayırdı.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2020-ci il və 24 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən Teymur Əzizov ölümündən sonra “Füzulinin azad olunmasına" və “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mühəndislik fakültəsinin əməkdaşları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Dekabrın 26-da Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev başda olmaqla bir qrup müəllim və tələbə heyəti fakültədə təhsil alan I kurs tələbəsi Nurlanə Yusifovanın 2020-ci ildə erməni vandalları tərəfindən işğal olunmuş torpaqların azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşı Hüseyn Yusifovun vəfatının ikinci ildönümü ilə əlaqədar Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların məzarları üzərinə qərənfillər düzüldü.
Dosent Ulduz Ağayev qeyd etdi ki, bu gün fəxrlə söyləyə bilərik ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalqımız məğrur və məğlubedilməzdir.
Ulduz Ağayev onu da qeyd etdi ki, illər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. Xalqımız “Şanlı Zəfər” tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Qeyd edək ki, şəhid Hüseyn İsaq oğlu Yusifov 12 iyul 2002-ci ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Sumqayıt şəhər Bülbül adına 2 saylı musiqi məktəbinin məzunu olub. 26 dekabr 2020-ci ildə Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub .

SDU-da “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri” mövzusunda təqdimat keçirilib

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir


Dekabrın 26-da Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 2022-ci il Fəaliyyət Planının “Müəssisə və təşkilatlarda heyətin İKT bacarıqlarının artırılması və rəqəmsal savadlılıq sahəsində tədbirlərin görülməsi” bəndinin icrası ilə bağlı “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri” mövzusunda təqdimat keçirildi.
Mühəndislik fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Svetlana Əhmədova “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri mövzusunda təqdimatla çıxış edərək mövzunun əhəmiyyətindən danışdı. Bildirdi ki, İnformasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biridir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. Hazırda demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır. İnsanlar kompüterlərlə bir çox cəhətdən qarşılıqlı əlaqə qurur, insanlar və kompüterlər arasındakı interfeys bunu asanlaşdırmaq üçün çox vacibdir. İnsan-kompüter qarşılıqlı təsiri insanların hesablama sistemlərindən və infrastrukturlarından istifadə etmə və ya etməmə üsullarını araşdırır.
Sonra Svetlana Əhmədova informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verdi. Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən dekan müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğuladı. O, bildirdi ki, son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində tədris elektronlaşıb, universitetin elektronlaşması istiqamətində ciddi işlər aparılır və universitetdə bir çox ixtisaslar yaradılıb.
Daha sonra iştirakçıların çoxsaylı sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər