Rusiya nə qədər də `Vardanyan bizlik deyil` deyib boynundan atsa da... - NƏ ETMƏLİ?

Rusiya nə qədər də `Vardanyan bizlik deyil` deyib boynundan atsa da... - NƏ ETMƏLİ?


"Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların lideri halına gəlib, o Araik Arutunyanı arxa plana keçirdib. Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır". Bunu politoloq Elxan Şahinoğlu Xankədidəki aksiya ilə bağlı danışarkən deyib.

Siyası anlitik "Rusiya xarici işlər naziri Sergey Lavrov “o bizdən deyil” desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb" deyərək qeyd edir ki, Vardanyanın Xankəndidəki mitinqin piarını da Rusiya təşkil edib və mitinqdən dərhal sonra “Evronyus” kanalında geniş reportaj yayınlandı, proqramda ermənilərin mövqeyi işıqlandırıldı:

"Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu hərbi qarşıdurma ilə yanaşı həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər