Elxan Bəşirov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşür

Elxan Bəşirov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşür


Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov - Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində Şanlı Zəfərlə azad edilmiş və düşmən tapdağından təmizlənən doğma torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan əldə olunan möhtəşəm Qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaratmağı bacarmış qüdrətli dövlətdir.Uğurlu gələcəyə doğru hesablanmış müdrik siyasətimiz çərçivəsində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Təbii ki, Partiyamızın Sədri, Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqın etimadının doğruldulması, məhz düzgün seçiminin olduğunu əyani şəkildə sübuta yetirmiş, Azərbaycan xalqının maraqları naminə saysız-hesabsız uğurlara imza atmışdır.

Elxan Bəşirov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşür


Gecə-gündüz zəhmətlə, fasiləsiz əziyyətlə xalqına və ölkəsinə şərəflə xidmət edən Lider-Zəfər Sərkərdəmiz cənab İlham Əliyev xalqımızın yaddaşından heç zaman silinməyən və şanlı səhifələrindən ibarət olan tarix yazmışdır! Cənab Prezident daim xalqın rifahını, ölkəmizin uğurlu inkişafını hər şeydən üstün tutan müdrik YAP siyasəti həyata keçirərək, sadəcə Azərbaycanda deyil, məlum olduğu kimi digər xarici ölkələrdə də böyük hörmət, rəğbət və nüfuz qazanmışdır. İşğaldan azad edilən ərazilərlə bağlı Dövlət Proqramının qəbul edilməsi, həmçinin icra olunan böyük layihələr vətəndaşlarımızın tez bir zamanda öz doğma yurduna qayıtması istiqamətində atılmış mühüm addımlardır. Təsadüfi deyil ki, Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır.

Elxan Bəşirov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşür


Dövlət Proqramında nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək bir çox sahələrdə, xüsusilə infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı kimi məsələlərin yüksək səviyyədə təşkil edilməsi prioritet təşkil edir. Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş digər mühüm vəzifələrdən biri məhz doğma ərazilərimizdəki yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi,dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması,yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, bir sözlə vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdən ibarətdir. Partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan Yeni Azərbaycan Partiyasının bənzərsiz və məqsədyönlü siyasəti günbəgün uğurlu nəticələr əldə etməklə bizə onu deməyə əsas verir ki, bizim dövlətimiz qüdrətlidir,heç bir kənar qüvvə bizim daxili işlərimizə müdaxilə edə bilməz, tarixi Qələbəmiz əbədidir və vətəndaşlarımız yaxın gələcəkdə ata-baba yurdumuz olan Qarabağ və Şərqi Zəngəzura qayıdıb, təhlükəsizlik şəraitdə, firavan və xoşbəxt yaşayacaqdır.


Elxan Bəşirov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşürБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər