TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU TƏRƏFİNDƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİB

TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU TƏRƏFİNDƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİB



Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk Gəncə Dövlət Universitetinin Nuru Paşa adına müasir kitabxanasında olub. Baş Konsul müəllifi olduğu kitabları kitabxanaya hədiyyə edib.

Görüşdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov Baş Konsul Zeki Öztürkə universitet rəhbərliyi adından təşəkkürünü bildirib və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən ətraflı danışıb.

Baş Konsul Zeki Öztürk hədiyyə etdiyi kitablar haqqında məlumat verərək bildirib ki, burada Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri, o cümlədən Gəncə şəhərinin tarixi abidələrinə dair geniş məqalələr öz əksini tapıb.

Bildirək ki, Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşanın adına universitetin müasir kitabxanasında Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb.

TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU TƏRƏFİNDƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİBTÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU TƏRƏFİNDƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİBTÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU TƏRƏFİNDƏN GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ KİTABLAR HƏDİYYƏ EDİLİB

Gəncə Dövlər Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov - İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur regionun yenidən inkişafına böyük stimul verəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın maraqlarını təmin edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var.

Qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır. Artıq bu bölgələrə "Böyük Qayıdış"ın vaxtı gəlib çatıb. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

Dövlətimiz artıq "Böyük Qayıdış" proqramına başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər yüksək səviyyədə təmin olunması əhəmiyyətli şərtlərdəndir. Bütün infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.

Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması böyük əhəmiyyət kəsbedir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimiz doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.

Regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Qayıdışımız mübarək! İnşallah tezliklə bütün Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər