Rusiya Azərbaycana qarşı cəbhə açıb: Bəs Ermənistan nədən narazıdır? - HƏQİQƏTƏN DƏ...

Rusiya Azərbaycana qarşı cəbhə açıb: Bəs Ermənistan nədən narazıdır? - HƏQİQƏTƏN DƏ...


"Ermənistan hakimiyyəti sülhməramlıların öhdəliklərinin nədən ibarət olduğunu bizə göstərə bilərmi? Bu barədə hansısa bir yerdə yazıldığını görmüsünüzmü?"
Maraqlıdır ki, bu fikirləri Ermənistanın 3-cü prezidenti, bu gün üçün eks hesab edilən Serj Sarkisyan deyib. O qeyd edib ki, Ermənistanın Rusiyadan gözləntiləri daha çox idi. “Amma əgər biz döyüşmürüksə, niyə başqası bizim yerimizə bunu etməlidir?”,- deyə Sarkisyan bildirib.

Sabiq prezident həmçinin deyib ki, Rusiya sülhməramlıları 10 noyabr bəyannaməsində yer alan bütün şərtlərə əməl edirlər: “Bütün şərtlərə əməl edirlər”.

Görəsən, Sarkisyan bunu deyəndə, Azərbaycan torpaqlarının, təbii sərvətlərinin yağmalanmasınımı nəzərdə tuturdu, yoxsa İran diversiya qruplarının bölgəyə buraxılmasınımı?

Bəlkə qanunsuz silahlı birləşmələrin hələ də bölgədə saxlanılmasınımı? Çox maraqlıdır əslində. Amma reallıq budur ki, biz iki ildir ərazilərimizə müvəqqəti nəzarət edən sülhməramlıların fəaliyyətindən narazıyıq. Onların ərazilərimizdən çıxarılmasını istəyirik.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın eks prezidenti Serj Sarkisyanın sülhməramlıların fəaliyyəti ilə bağlı dedikləri həqiqətən absurd fikirlərdir.

“S.Sarkisyan hesab edir ki, sülhməramlılar mütləq şəkildə güc tətbiq edərək azərbaycanlıların dinc etiraz aksiyasını dağıtmalıdır”,- deyə qeyd edən politoloqun fikrincə, ya Ermənistan sülhməramlıların mahiyyətini başa düşmür, ya da təhrif etmək istəyir.

“Onlar düşünür ki, sülhməramlılar onlarla birgə hərəkət etməlidirlər. Təbii ki, sülhməramlılar “Ermənistan məramlılar”dır - bu onların bütün hərəkətlərində öz sübutunu tapır. Sülhməramlılar burada təhlükəsizliyi reinteqrasiya etməli idilər. Amma biz bunun tamamilə əksini görürük.

Sülhməramlıların hazırkı vəzifəsi Qarabağda sepratçıları, silahlı birləşmələri qorumaq, Azərbaycanın faydalı yeraltı ehtiyatlarını daşınmasını təmin etmək və silah-sursat daşımaqdır”,- deyə o əlavə edib.

M.Əsədullzadənin fikrincə, S.Sarkisyan yenə bu açıqlamanı verərkən öz xislətinə uyğun olaraq qeyri-konsturuktiv mövqe ortaya qoyur. “O indiki vəziyyətdə çox yaxşı bilir ki, sülhməramlıların vəzifəsi konkret olaraq separatizmi qorumaq və onlara xidmət etməkdir.

S.Sarkisyan sülhməramlıların fəaliyyətində indiki susqunluğu qəbul etmir və o hesab edir ki, onlar daha dağıdıcı hərəkət etməlidirlər. Göründüyü kimi, Rusiya tərəfi də bu məsələdə hələ ki, susqunluq nümayiş etdirir. Onlarsa bu susqunluğu qəbul etmək istəmirlər”,- deyə politoloq bildirib.

M.Əsədullazadə qeyd edir ki, Azərbaycan regionda artıq güclü bir ölkədir. Bu səbəbdən də Rusiya Azərbaycanla bu məsələdə hesablaşmalıdır. Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindən obyektiv olaraq çox ciddi şəkildə narazıdır. Onlar öz vəzifələrini yerinə yetirmirlər. “Sarkisyanın fikirləri isə, sadəcə manipulyasiyadır”,- deyə o əlavə edib.

P.S. Azərbaycanlı aktivistlərin dinc aksiyası günlərdir davam edir. Onlar əvvəlcə aksiyalara “Ekoloji terrora son verilsin!" şüarı ilə başlasalar da, Kəlbəcərdə 8 nəfərin minaya düşmə olayından sonra aksiya etirazçılarının tələbləri də artdı. Qarşı tərəf isə bu gün əraziyə səsgücləndirici gətirərək, Rus dilində mahnılar ifa etməyə başlayıblar. Yəni bizim səsimizi yenə Rusiya boğmaq istəyir. Bu dəfə isə güya “dinc” yolla.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər