DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

Dekabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Çıraqlı kəndində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.

Giriş nitqi ilə çıxış icra başçısı Əhəd Abıyev deyib: “100 illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşdığımız Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələr üzrə möhtəşəm nailiyyətlər əldə edilib. Ölkəmizin iqtisadi uğurları beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Ən əsası isə iki il bundan əvvəl Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından azad edərək dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malik qalib güclü dövlət kimi dünyada tanınır”.

Əhəd Abıyev çıxışında rayonda görülən işlər və qarşıdan duran vəzifələrdən də söz açıb.

Sonra sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Çıraqlı kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər