Saakaşvili azad oluna bilər

Saakaşvili azad oluna bilər


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası dekabrın 9-da keçiriləcək.

Bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.

O bildirib ki, iclas Tiflis Şəhər Məhkəməsində keçiriləcək.

Vəkil qeyd edib ki, hakim Georgi Arevadze vəkillərin Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.

Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəzadan azad olunması üçün məhkəməyə müraciət edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər