Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTO

Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTO


Qətərdə keçirilən DÇ-2022-nin C qrupunun ilk turunda Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub etdikdən sonra kral Salman bin Əbdüləziz Əl Səud bu noyabrın 23-nü milli bayram elan edib.

Bu bayram gününün səbəbkarlarından biri də meydanda mübarizə aparan futbolçularla yanaşı, baş məşqçi Herve Renarddır (Erve Renar).

"Daha əvvəl Zambiya, Fil Dişi Sahili və Mərakeş kimi Afrika ölkələri ilə tarix yazan Herve Renard Səudiyyə Ərəbistanında da gündəmə düşməyi bacardı.
O, futbol dünyasında, xüsusən də Afrika qitəsində daha çox məşhurlaşb.

Gəncliyində müdafiəçi olan Renard peşəkar futbolçu karyerasına 15 yaşında ölkəsinin "Kann" klubunda başlayıb.

20 ildən sonra 1987-88 mövsümündə "Kann"ın Fransa Birinci Liqasına yüksəlməsindən sonra oynamaq şansı tapa bilməyən Renard 1991-ci ildə aşağı liqa komandalarından olan "Vallauris"ə yollanıb.

Aktiv karyerasını bitirdikdən sonra, bir müddət futbolu tərk edən Renard 1999-cu ildə zibil yığımı ilə məşğul olan bir şirkət qurur.

Futbol illərində onun məşqçisi olan Klod Le Royun köməkçisi kimi Çinin “Guizhou Renhe” və İngiltərənin “Cambridge United” klublarında çalışan Renard 2007-ci ilə qədər Fransanın aşağı liqalarında “Cherbourg”un məşqçiliyini tərk edənə qədər zibil toplama işini davam etdirib.

Daha sonra Qana millisində növbəti dəfə Le Roya kömək edən Renard 2008-ci ildə Zambiya milli komandasının rəhbəri təyin olunub.

Maraqlı bir məqam ondan ibarətdi ki, 14 ildən sonra 2010-cu il Afrika Millətlər Kubokunda Zambiyanın 1/4 finala yüksəlməsinə kömək edən fransız mütəxəssis Tunislə heç-heçə oynadığı qrupun ilk oyununda ağ köynək geyinib.

İkinci matçda Kameruna 3-2 məğlub olduqlarını mavi köynəklə əlaqələndirən Renard 17 yanvar 2010-cu ildə oynanılan matçdan bəri ağ köynəklə meydandadır və bunun uğurlar gətirdiyinə inanır.

İstər ağ köynəyin bəxti olsun, ya yox, Renard karyerasının zirvəsinə 2012-ci ildə çatıb. Zambiya finalda qarşılaşdığı heyətdə Didye Droqbanın da yer aldığı Fil Dişi Sahilini penaltilər seriyasında 8-7 hesabı ilə məğlub edərək tarixində ilk çempionluğunu qazanıb.

O, 2014-cü ilin yayında təhvil aldığı Fil Dişi Sahili ilə də Afrikanın tarixinə düşür.

1992-ci ildən bəri birinci ola bilməyən Fil Dişi Sahilinə Afrika Kubokunu gətirən fransız mütəxəssis iki ayrı komanda ilə ardıcıl eyni uğuru qazanan ilk məşqçi olur.

Fil Dişi Sahilində ovaxtkı prezident Alassan Uattara fransalı məşqçi Herve Renarda dövlət medalı və pul mükafatı təqdim edir.

54 yaşlı məşqçi Fil Dişi Sahilindən ayrıldıqdan sonra "Lill"də qısa bir macəra yaşayıb və 2016-cı ildə Mərakeş millisinin başına keçib.

1998-ci ildən bəri ilk dəfə Mərakeşi dünya çempionatına aparan Renard 2019-cu ildə Səudiyyə Ərəbistanı milli komandasının rəhbəri olub.

Zibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOZibil yığmaqdan başlayıb tarix yazdı: 12 ildir ağ köynəyi çıxarmayan "Argentina fatehi" - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər