DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib


Dünya çempionatı üçün Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyəti bomba şübhəsi ilə məskunlaşdığı oteldən təxliyə edilib.

Hadisə dünən günorta saatlarında baş verib.

Dohadakı oteldə həyəcan siqnalı işə düşüb ki, bu, bütün sakinlərin təxliyəsinə səbəb olub. Qətər yanğınsöndürmə xidmətinin ekipajı həyəcan siqnalı ilə əlaqədar dərhal otelə gəlib. Hətta mühafizə itləri də hadisə yerinə cəlb olunub. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu bildirilib və bütün sakinlər otelə qayıdıb.

Qeyd edək ki, Qana yığması DÇ-2022-də ilk oyununu noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər