Əvəz Qocayev: YAP 30 ildə xalqın böyük inamını və etimadını qazanıb

Əvəz Qocayev: YAP 30 ildə xalqın böyük inamını və etimadını qazanıb


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev - Yeni Azərbaycan Partiyasının 30 illik yubileyindən bəhs edərkən ilk olaraq ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini yada salmaq istərdik. Ümummilli Liderin bu tezisi partiyanın qət etdiyi 30 illik yola bələdçilik edir. 30 ildə partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etmişdir.

Əvəz Qocayev: YAP 30 ildə xalqın böyük inamını və etimadını qazanıb


1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları, uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələr, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşdı. Bu xoşbəxtliyi 2 il bundan əvvl dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza növbəti dəfə yaşatdı. Belə ki, tarixi Zəfərimiz xalqımızın yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya çatdırdı.

Bir mühüm məqamı da qeyd edək ki, cəmiyyətin avanqard qüvvəsi olan, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin, partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xalqın böyük etimadını, inamını qazanaraq 30 illik inkişaf yolu keçən partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev proqram xarakterli çıxışında bir daha bildirdi ki, Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. “91-lər”in fəaliyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev bildirdi ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

1992-ci ildən başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır. Artıq bu gün tarixi Zəfərimizdən və onun yaratdığı rellıqlardan bəhs edirik. Bu reallıqları qalib Azərbaycan yaradıb. VII qurultayın yeni qərarları, tarixi Zəfərimizin qarşıya qoyduğu hədəflərin uğurlu icrası gələcəyə daha böyük addımlarla irəliləməyə çağırışlar edir. Yeni Azərbaycan Partiyası bundan sonra daha da möhtəşəm uğurlara imza atacaq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşaiyətçisidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur, Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edirlər. Bu ideyalar Azərbycanın dünəninin, bu gününün və sabahının əsasıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər