Araz Bəndəliyev: YAP öz gücünü Heydər Əliyev ideyalarından alır

Araz Bəndəliyev: YAP öz gücünü Heydər Əliyev ideyalarından alır


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi Araz Bəndəliyev -Yaranmasının 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında müstəsna rolu vardır. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

YAP yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib. Əlbəttə, bu da təsadüfi deyildir. YAP-ın qurucusunun dünya miqyaslı böyük siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir şəxsiyyətin olması bu prosesdə mühüm və əhəmiyyətli rol oynayıb. YAP sıralarına daxil olan və xalqın mütərəqqi, inelektual təbəqəsini təmsil edən vətəndaşlar Heydər Əliyevin ətrafında birləşərək 1990-cı illərin əvəlində dərin böhrana düçar olmuş Azərbaycanı xilas etmək yolunda öz töhfələrini verdilər. YAP-ın yarandığı tarixi zamana, həmin vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə nzəər sadılqda, YAP-ın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünün büruzə verir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur.

Ən önəmli məqamlardan biri də budur ki, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur.

Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 800 min nəfərə yaxın insanın birləşməsi də bu faktı təsdiqləyir. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır.

Ötən ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər.

Bütövlükdə isə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Bu, hər şeydən əvvəl Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını göstərir. Öz gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da qələbələrə və uğurlara imza atacaq!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər