Əhliman Əmiraslanov: Biz Qarabağı işğaldan təmizlədik və bu gün, qısa müddət ərzində öz dədə-baba torpaqlarımızı əsl cənnətə çeviririk

Əhliman Əmiraslanov: Biz Qarabağı işğaldan təmizlədik və bu gün, qısa müddət ərzində öz dədə-baba torpaqlarımızı əsl cənnətə çeviririk


Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu gün Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun 75 yaşı tamam olur.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əhliman Əmiraslanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur.

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əhliman Əmiraslanov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əhliman Əmiraslanov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əhliman Əmiraslanov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Əhliman Əmiraslanov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əhliman Əmiraslanov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əhliman Əmiraslanovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əhliman Əmiraslanov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əhliman Əmiraslanov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Milli Məclisinin Səhiyyə komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əhliman Əmiraslanov özünü doğruldub. Bizdə hörmətli Əhliman Əmiraslanovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov -Zəfərimizdən iki il keçdi. 8 noyabr 2020-ci il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hissi ilə bildirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu müjdə hər bir azərbaycanlını qürurlandırdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilərimiz qarşısında çıxışına həmişə olduğu kimi şəhidlərimizə böyük ehtiramını bildirərək onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Əhliman Əmiraslanov: Biz Qarabağı işğaldan təmizlədik və bu gün, qısa müddət ərzində öz dədə-baba torpaqlarımızı əsl cənnətə çeviririk


İki il öncə alınmaz qala sayılan Şuşanı düşmən tapdağından azad edən Şanlı ordumuzun şücaətindən danışan cənab Prezident “Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı” deyə çıxışına başladı. Böyük qurur hissi ilə bunu vurğulayan Prezident İlham Əliyev xalqına, onun ordusuna nə qədər inandığını və qurur duyduğunu bir daha bildirdi.

Qarabağın, alınmaz qala sayılan Şuşanın işğaldan azad olunması çox insanlar üçün inanılmaz olsada, cənab Prezident Şuşaya qayıdacağımıza inandıgını və buna əmin olduğunu qətiyyətlə deyirdi. Azərbaycan xalqı öz müdrik rəhbərinin uzaqgörən siyasətinə güvənir və əmin idi ki, bir gün gələcək bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik. Nəhayət 44 günlük zəfər savaşında bunun şahidi olduq. Azərbaycan tarixinin ən yadda qalan, ən əhəmiyyətli hadisəsi məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun 2020 – ci ildə əzəli torpaqlarımızı düşmən tapdağından azad etməsi oldu. Düşmənin dırnaqarası “dənizdən dənizə böyük ermənistan” planını darmadağın edən azərbaycan xalqı, indi bütün dünyada məğrur və qalib xalq kimi tanınınr. Bir zamanlar Ohanyan səddinə güvənən ermənilər, bu gün Müzəffər Azərbaycan ordusunin qarşısında heç bir səddin dözmədiyinin şahidi oldular.

Qələbəmizin ikinci ildönümü günü, Şuşada çıxışı zamanı Müzəffər Ali Baş Komandan: “Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki “Zəfər yolu” adlandırdığımız yol cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”, deyə qeyd edib.

30 ilə yaxın müddətdə ermənistan hökuməti və xalqı işğal etdikləri Azərbaycan torpaqlarında talançılıq və xəyanətdən başqa bir iş görməmişdilər. Çünki onlar yaxşı bilirdilər ki, bir gün bu torpaqların sahibləri öz əzəli yurduna qayıdacaq və buranı göz bəbəyi kimi qoruyacaqlar. Biz Qarabağı işğaldan təmizlədik və bu gün, qısa müddət ərzində öz dədə-baba torpaqlarımızı əsl cənnətə çeviririk.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər