Fransa qətnaməsinin Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq? - ŞƏRH

Fransa qətnaməsinin Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq? - ŞƏRH



Fransa senatının qəbul etdiyi mənasız, hüquqa zidd sənədinə Azərbayacan sərt reaksiya verməli, rəqəmlərə söykənən yanaşma olmalıdır.

"Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert sözügedən sənədin iqtisadi təsirlərindən də danışıb:

"Bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln 691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib. Bu isə ölkənin həmin dövrdə ixracının cəmi 0,16%-ni təşkil edib. Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir. Yəni, biz Fransaya mal satmasaq, ordan da mal almasaq heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollarlıq mal almasa nə olacaq? Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da, Fransaya heç bir təsiri olmayacaq".

N. Cəfərlinin sözlərinə görə, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir: "Bu ölkənin 300-ə yaxın şirkəti məmləkətdə işləyir. Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” (bu şirkət daha çox İsveçrəyə bağlıdır) kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir".

"Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir - Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir. Özü də ki, dünyanın bu bölgələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub, niyə də ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?", - deyə N. Cəfərli əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər