Arşakyan: Putin ilə Nikol Soçidə mübahisə edib

Arşakyan: Putin ilə Nikol Soçidə mübahisə edib


Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın təkbətək görüşü zamanı maraqlı anlar baş verib. Putin ilə Paşinyan arasında demək olar ki, əməlli-başlı mübahisə gedib.

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

“Bizdə olan məlumata görə, Nikol Rusiya Prezidentinin dediklərinə məhəl qoymayaraq, Qərbin təklif etdiyi Brüssel platformasından yararlanacağını bildirib. Sözsüz ki, bu, Putinin xoşuna gəlməyib. Tərəflər yüksək tonla mübahisə edib. Görüşdən çıxan Paşinyanın hər şey üzündə yazılmışdı. Sözsüz ki, bu danışıqlar onun ürəyincə olmadı. Ermənistan Baş nazirindən fərqli olaraq, İlham Əliyevin üzündə qələbə ruhu var idi. Artıq erməni xalqı nəticə çıxarmalıdır. Bizim yolumuz Moskva deyil, Brüsselə tərəf olmalıdır”, - deyə o qeyd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər