“Molla rejiminin Azərbaycana nifrəti o həddə çatıb ki, hətta...” - NƏ ETMƏLİ?

“Molla rejiminin Azərbaycana nifrəti o həddə çatıb ki, hətta...” - NƏ ETMƏLİ?


“İran-Ermənistan hərbi-texniki əməkdaşlığı yeni müstəviyə keçir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert İranın molla rejiminin düşmən ölkə ilə birlikdə Azərbaycana qarşı siyasətini davam etdirdiyini bildirib.

“Paşinyan İrana gedib. Hesab edirəm ki, Ermənistan baş nazirinin bu səfərdə əsas məqsədi hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və İrandan PUA almaqdır. Azərbaycana qarşı hər şər işin içində olan molla rejiminin düşmənimizi silahlandırmaqda həvəsli ola biləcəyini düşünürəm. Eləcə də Ermənistanla ticarət dövriyyəsini artırılacağını bildirən İran düşmən ölkə üçün əlavə qazanc yerləri açmağı da düşünür.

İran Ermənistana bütün məsələlərdə dəstək verir. Artıq onların arasında anti-Azərbaycan birliyi formalaşıb. Paşinyanın Tehranda İbrahim Rəisi ilə bu şər birliyinin gücləndirilməsi yönündə müəyyən məsələləri müzakirə etdiyinə şübhə yoxdur.

Molla rejiminin Azərbaycana nifrəti o həddə çatıb ki, hətta tarixi Azərbaycan şəhəri Təbrizdə Ermənistana konsulluq açmaq barədə qərar da verib. Çox güman ki, Rəisi Paşinyanla Tehranda bu məsələni də həvəslə müzakirə edib.

İran anti-Azərbaycan siyasətinin davamı olaraq, Ermənistanda silah zavodu açmağı da planlaşdırır. İran Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün Ermənistana tam dəstək verir. Qafanda binası tam hazır olmayan baş konsulluğun tez-tələsik açılması da bu düşmən siyasətin tərkib hissəsi idi”.

Məhəmməd Əsədullazadə Türkiyənin bölgədə və Azərbaycanda güclənməsindən İranın qorxuya düşdüyünü bildirib:

“Buna görə də İran bir addım atarkən, bunu təkcə Azərbaycana yox, Türkiyəyə də hesablayır. Tehranın İrəvanla əməkdaşlığı Türkiyə- Azərbaycan ittifaqına qarşıdır. Türkiyənin Azərbaycanla koordinasiyalı addımları mollaları bərk qorxuya salıb. Amma molla rejiminin köhnə təfəkküründən fərqli olaraq, regionda yeni reallıq hökm sürür, gedişat da buna uyğun olaraq sürətlə dəyişir.

İranın Cənubi Qafqaz siyasəti Qərbin də xoşuna gəlmir. Bu baxımdan, Qərblə İran arasında uçurumun və böhranın dərinləşməsi fonunda İrəvanın molla rejimi ilə əməkdaşlığa getməsi Avropa Birliyi ilə yanaşı, ABŞ-ın da ciddi təpkisinə yol aça bilər. Bu, Ermənistanı İrana qarşı sərtləşən Qərbin qəzəbinə tuş gətirə bilər.

Onu da qeyd edim ki, Paşinyan qarşıdakı aylarda Rusiyadan qaz tədarükündə problemin yarana biləcəyi ehtimalına qarşı İrandan qaz idxalını artrırmağı planlaşdırır. Bu isə Rusiyadan Ermənistana qaz təchizatında ciddi problemlərin yaranacağı deməkdir. Çıxılmaz durumda qalan Ermənistan özünü odun içində qalmış İranın qucağına atır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər