Şəki rayonu gündən - günə inkişaf edir

Şəki rayonu gündən - günə inkişaf edir


“CNN Arabia” telekanalı Şəki haqqında reportaj yayımlayıb

Şəki rayonu gündən - günə inkişaf edir


Nüfuzlu “CNN Arabia” telekanalında Azərbaycanın dilbər guşələrindən biri olan Şəki şəhəri barədə reportaj yayımlanıb.

70 ölkəyə səyahət etmiş reportyor Qasim Əl-Hato Azərbaycanın Şəki şəhərinin məşhur İpək Yolunun kəsişməsində yerləşdiyi və onun tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini bildirib.

Yutub kanalında da Şəkiyə səfəri haqqında təəssüratlarını paylaşan reportyor deyib: “Mən bu şəhərin gözəlliyinə, füsunkar təbiətinə valeh oldum. Bu kiçik şəhərin əksər ərazilərini piyada gəzmək olar. Şəki bazarından suvenir, ənənəvi Azərbaycan papağı ala bildim və milli mətbəxin müxtəlif ləzzətli təamları, məsələn, “Şəki halvası və pitinin dadına baxdım”.

Reportajda diqqətə çatdırılıb ki, Şəki daş döşənmiş küçələri və orta əsr binaları ilə Azərbaycanın ən gözəl şəhərlərindən biri hesab olunur. Burada şəhərin ən məşhur turistik məkanı olan Şəki Xan Sarayı yerləşir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Böyük Dəhnə kəndində səyyar qəbul keçirib

Şəki rayonu gündən - günə inkişaf edir


Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək onlara Prezident cənab İlham Əliyevin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışından önəmli mesajlar çatdırıb, Füzuli və Zəngilan rayonlarının işğaldan azad edilməsindən, bu rayonlarda aparılan bərpa və quruculuq işlərindən danışıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Kənd sakinləri Oktyabr Rəşidov, Ruhangiz Fərziyeva, Zeynəb Məmmədkərimova və başqaları çıxış edərək kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, elektrik xətlərinin kabelləşdirilməsinə köməklik göstərilməsi, Böyük Dəhnə kənd 1 №-li tam orta məktəbin əsaslı təmiri və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Şəki rayonu gündən - günə inkişaf edirŞəki rayonu gündən - günə inkişaf edirŞəki rayonu gündən - günə inkişaf edirŞəki rayonu gündən - günə inkişaf edirŞəki rayonu gündən - günə inkişaf edir
Şəki rayonu gündən - günə inkişaf edir


Şəkili fermerlər indiyədək 2243 ton quru tütün istehsal ediblər

Şəki rayonu gündən - günə inkişaf edir


Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək sahələrdən 22 min tonadək yaş tütün dəriblər. Rayonda fəaliyyət göstərən emal məntəqələrində, eləcə də fərdi təsərrüfatlarda dərilmiş yaş tütün kütləsindən 2243 ton quru tütün istehsal olunub.

Cari mövsümdə rayonun təsərrüfatlarında 1250 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 917 hektar sahədə “Virciniya botaniki”, 333 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 9 hektar artıb. Hazırda rayonda 350-dək fermer tütünçülüklə məşğul olur. Bu təsərrüfatlarda 1300 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Cunud kəndindən Röyal Nadirov indiyədək emal məntəqəsinə rayon üzrə hamıdan çox - 330 ton, Baş Göynük kəndindən Mehman Mustafayev isə 280 ton yaş tütün təhvil veriblər.

Hazırda rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.

Şəkidə indiyədək 7,4 min hektardan çox sahədə payızlıq səpin aparılıb

Şəki rayonu gündən - günə inkişaf edir


Şəki rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 4718 hektarı dən üçün arpa, 2744 hektarı buğda olmaqla 7462 hektar sahəyə toxum səpiblər.

Rayonda növbəti ilin məhsulu üçün 65,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 34,2 min hektarına buğda, 31,1 min hektarına isə arpa səpiləcək. Bu məqsədlə indiyədək təsərrüfatlarda 56,8 min hektar sahədə şum qaldırılıb və bu iş davam etdirilir.

Səpin üçün 13,1 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 7330 ton sertifikatlaşmış toxum hazırlanıb və hazırda fermerlərə satışı həyata keçirilir. Eyni zamanda, Dövlət Toxum Fondu tərəfindən fermerlərə əsasən Rusiyadan gətirilmiş toxum sortlarının səyyar satışı da təşkil olunub.

Ümumilikdə səpin kampaniyasına 285 ədəd şum traktoru, 126 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb edilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər