Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb - VİDEO - YENİLƏNİB

Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb - VİDEO - YENİLƏNİB


Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

***

Bakıda magistral su xətti partlayıb.

Bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Əhaliyə içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:

“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlamasına görə qəza briqadaları əraziyə cəlb olunub. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

Görüntüləri təqdim edirik:

Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb - VİDEO - YENİLƏNİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər