Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


“ŞUŞA VƏ ƏTRAF REGİONDA YER ADLARININ TARİXİ, MƏNŞƏYİ VƏ ETİMOLOGİYASI “MÖVZUSUNDA USTAD DƏRSİ KEÇİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


Gəncə Dövlət Universitetinin rəhbərliyinin təsdiq etdiyi Tədbirlər planına əsasən Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə Filologiya fakültəsinin Azərbaycan dili kafedrasının professoru Mübariz Yusibov “Шуша вя ятраф реэионда йер адларынын тарихи, мяншяйи вя етимолоэийасı” mövzusunda ustad dərsi keçmişdir. Dərsdə məktəbin direktoru Əlağa Səfərəliyev, Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, fakültənin professor –müəllim heyəti və həmin məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.

Ustad dərsində professor Mübariz Yusibov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022- ci il “Şuşa ili” kimi elan olunmuşdur.

Ustad dərsi zamanı Şuşa, Qarabağ, Zəngəzur, Zəngilan, Hadrud adlarının tarixi, mənşəyi və etimologiyası barədə geniş məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Şuşa şəhəri 1992-ci il mayın 8–də mənfur erməni işğalçıları tərəfindən zəbt olunmuş, 2020-ci il noyabrın 8-də isə rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə düşməndən azad edilmişdir. 1751-1752-ci ildə şəhərin Pənahəli xan tərəfindən salınaraq Pənahabad adlandırılması, sonralar isə bu adın Şuşa ilə əvəz olunmasından da söhbət açılmışdır. Qeyd edilmişdir ki, Şuşa adı qədim azərbaycanlıların etnik dünya görüşü ilə bağlı addır.

Dərsdə Qarabağ, Zəngəzur, Zəngilan və Hadrud etimoloji baxımından təhlil olunmuş, həmin yer adlarının tarixən Azərbaycan mənşəli olduğu və sonradan dəyişdirildiyi barədə təsdiqedici faktlar göstərilmişdir.

Dərsin sonunda şagirdlərin maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İSTİQLAL ŞAİRİ ƏHMƏD CAVADIN 130 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


Gəncə Dövlət Universitetində böyük Azərbaycan şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr edilən “Əhməd Cavad və Türk Dünyası ” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ədəbi-bədii tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki, tədbir böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil edilmişdir.

Ədəbi-bədii tədbirdə Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, professor, ədəbiyyatşünas alim Bədirxan Əhmədov, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, universitetin dosenti Səba Namazova və AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərək diqqətə çatdırmışlar ki, Əhməd Cavad türk dünyasının istiqlal şairi kimi böyük şöhrət qazanmışdır. Onun “Çırpınırdı Qara dəniz” şeiri tük dünyasının azadlıq himnin əks-sədasıdır.

Çıxışlarda o da vurğulanmışdır ki, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bütün nəsillər üçün hər zaman örnək olmuşdur.

Tədbirdə qeyd edilmişdir ki, Əhməd Cavadın həyat və yaradıcılığının ən parlaq dövrü Azərbaycan Xalq Cümhuriyyətinin yaranması illərinə təsadüf etmiş və şair 1930-cu illərin ağır repressiya qurbanına çevrilmişdir.

Sonda Gəncə Dövlət Universitetinin tələbələri Nigar Məmmədova və Seyhun Rzayev tərəfindən şeirlər səsləndirmişlər.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VƏTƏN MÜHARİBƏSİNDƏ ŞƏHİD OLMUŞ SƏMƏNDƏR İMANOVUN XATİRƏSİNƏ EHİRAM GÖSTƏRİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İmanovun əziz xatirəsi məzunu olduğu Gəncə Dövlət Universitetində yad edilmişdir. Şəhidin anım günündə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova çıxış edərək şəhid Səməndər İmanov haqqında xatirələrini danışmışlar. Qeyd etmişlər ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açmışdır. Səməndər İmanov Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirmişdir. O da bildirilmişdir ki, Səməndər İmanov universitetdə fəal tələbələrdən olmuş və daim vətənpərvərliyi ilə fərqlənmişdir.

Qeyd edilmişdir ki, Ikinci Qarabağ müharibəsində Xudafərin Körpüsü yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Səməndər İmanov “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Hazırda Gəncə Dövlət Universitetində şəhidin adını daşıyan auditoriya fəaliyyət göstərir.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “ZƏFƏRİMİZ” ADLI TƏDBİR TƏŞKİL EDİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfərimiz” adlı tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq ölkəmizin 44 gün ərzində keçdiyi şanlı Zəfər yolundan söhbət açmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbələrdən danışmışdır.

Tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat vermişlər.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir
Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ VƏTƏN MÜHARİBƏSİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir


Gəncə Dövlət Universitetində “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin təşkilatçılığı ilə Vətən Müharibəsinə həsr edilmiş konfrans keçirilmişdir. Konfansdan öncə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyulmuşdur.

Daha sonra konfransda Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


“Zəfər tariximiz-Hünər tariximiz” mövzusunda çıxış edən “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov konfransın əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, hər bir vətəndaş, hər bir tələbə və gənc tarixi qələbəmizi daim qürurla xatırlamalı və gələcək nəsillərə ötürməlidir. Ölkəmizin erməni faşizmi üzərində tarixi qələbəsinin ən mühüm aspektlərindən danışaraq demişdir ki, milli dövlətçilik tariximizdə şanlı Zəfərin gənc nəsillərə ətraflı çatdırılması hər birimizin müqəddəs borcu olmalıdır.


Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Zəfərdə ən böyük pay sahibi olanlar isə vətənpərvər gənclərimizdir. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etmişdir ki, Gəncə Dövlət Unuversitetinin tələbələri və məzunları arasında da Vətən müharibəsində öz qəhrəmanlığı ilə seçilən, tarixi qələbəmizdə payı olan qazi və şəhidlər olması qürurvericidir.

Konfransda çıxış edən şəhid ataları və qazilər vətən müharibəsi zamanı yaddaşlarda qalan xatirələrini danışmış və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Konfransda 2020-ci ildə vətən müharibəsi zamanı şəhidlərin, qazilərin və müharibə iştirakçılarının misilsiz şücaətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Gəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edirGəncə Dövlət Universitetində silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər