İrəvan sülhə razılıq verərsə, Qarabağ erməniləri bu imtiyazları əldə edə bilər

İrəvan sülhə razılıq verərsə, Qarabağ erməniləri bu imtiyazları əldə edə bilər


Son aylarda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, güc mərkəzləri arasında, xüsusən də Qərblə Rusiya arasında rəqabətə çevrilib. Əsas oyunçu qismində hələlik Qərb və Rusiya çıxış edir. Münasibətlərin tənzimlənməsində iştirakçı tərəflərin hər biri də öz maraqları çərçivəsində problemin həllinə nail olmaq istəyir.

Qərblə Rusiyanın təklif etdiyi tənzimləmə prosesi bir-birindən fərqlənir.

Qərbə gəldikdə…

Praqa görüşü və görüşün yekunu olaraq verilən bəyanatdan aydın oldu ki, Qərb Ermənistan-Azərbaycan münaqişəsini tez bir zamanda həllində maraqlıdır. Qərb hesab edir ki, əldə edilən sülh Rusiyanın regiondan sıxışdırılmasına geniş imkanlar açacaq.

Tənzimləmə prosesinə baxışı belədir: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyaraq sovet illərinin sərhədlərinə qayıdırlar. Ermənistan Tavuş bölgəsinin Qazaxla sərhəddə olan 7 kəndi və Araratdakı Kərki Azərbaycana qaytarır.

Qərb eyni zamanda Ermənistanı Qarabağa olan iddiasından əl çəkməyə və bu ərazidə yaşayan ermənilərin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqlara başlamağı və reinteqrasiya prosesini təklif edir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edir və Bakı onların təhlükəsizliyinə və həmin ərazidə yaşamaq hüququna zəmanət verir. Danışıqlar nəticəsində Qarabağda yaşayan ermənilər digər etnik qruplar kimi müəyyən hüquqlar əldə edəcəklər. Onlara məktəblərdə erməni dilinin tədrisi, erməni teatrı, radiosu, televiziya kanalının fəaliyyət göstərməsinə imkan yaradılacaq.

Qərb bu planı tez bir zamanda həyata keçirməyə çalışır. Sülh müqaviləsinin imzalanması, Qərbin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə və Mərkəzi Asiyaya asan çıxışını təmin edəcək. Qərb bu yolla Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır.

Moskva isə Qərbdən fərqli olaraq mövcud status-kvonun mümkün qədər uzun davam etməsində maraqlıdır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına razı olsa da, Qarabağ məsələsini sülh müqaviləsinə salınmamasını və gələcəyə saxlanmasını istəyir. Moskva Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində Zəngəzur dəhlizinə nəzarəti təmin etməklə yanaşı, Qarabağ kartından istifadəyə daha çox üstünlük verir. Kreml bölgədə mövcudluğunu qoruyub saxlamaq üçün gərginliyin davam etməsində maraqlıdır.

Bakı ilə İrəvan arasında sülh sazişinin imzlanması istiqamətində razılıq əldə etsə belə, Kreml ən müxtəlif təxribatlara əl atıb, sülhü pozmağa çalışacaq. Bu məsələdə Kreml Tehranın da rolundan istifadə edə bilər və bu istisna deyil. Tehranın Azərbaycan sərhədlərindəki son təlimlərinin də məqsədlərindən biri elə budur. Hazırkı məqamda Moskva ilə Tehranın əsas məqsədi tərəfləri sülhdən uzaqlaşdırıb, bölgədə gərginliyin davam etməsinə nail olmaqdır. Rusiyanın hazırda əsas diqqəti Ukraynaya yönəldiyindən, Cənubi Qafqaza təzyiqi Tehran vasitəsi ilə həyata keçirir.

Ermənistan isə bölgədəki bütün güclərin imkanlarından istifadə edib maraqlarını təmin etmək istəyir. Bir-birinə zidd olan güclərin marağını təmin etməyə cəhdlər isə Cənubi Qafqaz bölgəsində əldə edilən mövcud kövrək sülhü də təhdid altına salır. Sonda bunun da daha çox əziyyətini Ermənistan və ermənilər çəkməli olacaq. İrəvan Ermənistan dövlətçiliyinin mövcudluğunu istəyirsə, o zaman Cənubi Qafqazı güclərin açıq toqquşma mərkəzinə çevirmək niyyətindən əl çəkib Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər