Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİB

Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİB


Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar.

"Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verib.
Bildirildi ki, Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fərdi reintroduksiya olunub. Proses bu il və gələn il də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsi nəzərə alınaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2003-cü ildə Şirvan Milli Parkı yaradılıb. Həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində Azərbaycanda ceyranların populyasiyası bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

***

Dövlət başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Cəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBCəbrayıl rayonu ərazisinə 18 ceyran buraxılıb - YENİLƏNİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər