Makrondan Ukrayna etirafı: "Bu barədə danışmasaq yaxşıdır"

Makrondan Ukrayna etirafı: "Bu barədə danışmasaq yaxşıdır"


“Ukraynalıların özlərini müdafiə edə bilmələri üçün kəşfiyyat məlumatları təqdim edirik, lakin bu barədə çox danışmamaq daha yaxşı olardı”.

Xarici KİV xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “France 2” kanalına açıqlamasında deyib. O, Rusiyanın 24 fevralda Ukraynaya qarşı müharibəyə başlayaraq bütöv bir xalqı və qitəni təhlükəyə atdığını bildirib.

Fransa lideri Dünya müharibəsi istəmədiklərini də vurğulayıb:

“Biz müharibəyə qatılmadan Ukraynanı dəstəkləyirik”,- o deyib.

Lazım olanda Putinlə danışacağını ifadə edən Makron, nə vaxtsa bütün tərəflərin yenidən danışıqlar masasına oturmalı olacağını vurğulayıb.
“Putinin nüvə təhdidləri çox təhlükəli və məsuliyyətsizdir. Biz böyük nüvə dövlətindən belə davranış görəcəyini gözləmirik. Bu, çox təhlükəlidir və biz bunu ciddi qəbul edirik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər