İlham Əliyev Qırğızıstana gedir

İlham Əliyev Qırğızıstana gedir


Prezident İlham Əliyev bu gün Qırğızıstana səfərə yollanacaq.

Bu barədə məlumatı “Sputnik Qırğızıstan” yayıb.

Məlumata görə, Prezidentin Qırğızıstana səfəri 2 gün davam edəcək.

Səfər çərçivəsində İlham Əliyev qırğız həmkarı Sadır Japarovla danışıqlar aparacaq. Prezidentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə edəcəyi gözlənilir.

Səfər zamanı Dövlətlərarası Şuranın ilk iclasının da keçiriləcəyi planlaşdırılır. Bununla yanaşı, Qırğızıstan və Azərbaycan Dostluq parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı da nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər