Paşinyan Praqadan Sankt-Peterburqa getdi

Paşinyan Praqadan Sankt-Peterburqa getdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Report xəbər veir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilib.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər