Həsən Şahverdiyev: Azərbaycan hər bir hədəfə zamanında nail olur

Həsən Şahverdiyev: Azərbaycan hər bir hədəfə zamanında nail olur


Ucar rayon Pambıq Emalı Zavodunun rəhbəri Həsən Şahverdiyev - 4 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bu müjdəni çatdırdı: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti qələbə xəbəri idi. Xalqımız hər gün ölkə Prezidentindən xoş xəbərlər gözləyirdi. Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər oldu.

Eyni zamanda, həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhər və 80 kəndi işğaldan azad olundu.

Cəbrayılın azadlığa qovuşması fonunda tarixə qısa nəzər salaq. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Erməni vandalizminə məruz qalmış rayonun maddi-mədəni abidələri məhv edilib və dağıntıya məruz qalıb. Cəbrayıl rayonundan olan məcburi köçkünlərin pozulmuş hüquqları və 27 il davam edən qaçqınlıq həyatı. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Bir mühüm məqamı da qeyd edək ki, Böyük Qayıdış Cəbrayıldan başlayıb. 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-ci ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi tarixi Zəfərə daha da yaxınlaşdırırdı.

44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Dünyanın ən güclü orduları sırasında qərarlaşan Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımızın 30 illik həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan etdi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş torpaqlarımıza səfərləri hər birimizi qürurlandırır. Kimliyimizin, qürurumuzun təqdimatı olan tarixi Zəfərimiz Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu da dünyaya çatdırdı.

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna ilk səfəri zamanı dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi hadisə Azərbaycan xalqı üçün qürur və fəxarətdir, mühüm siyasi əhəmiyyətə malikdir.

Qəhrəmanlığın və şücaətin təcəssümü kimi bir mühüm addımı da qeyd etmək istərdik ki, 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, qalib Azərbaycanın vətəndaşı olduğu üçün qürurludur. Sevinclidir həm də ona görə ki, artıq torpaqlarımızın azad edildiyi tarixləri qeyd edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər qısa müddətdə bərpa ediləcək. İşğaldan azad olunan torpaqlarımızda artıq böyük quruculuq işləri həyata keçirilir. Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh gündəliyinin müəllifi kimi çıxış edən qalib Azərbaycan qarşı tərəfə son şansı verərək münasibətlərdə yeni səhifənin açılmasının gərəkliyini bildirir. Sülh təklifi ilə yanaşı, bu çağırış da səsləndirilir ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr “Dəmir yumruğ”u unutmasınlar. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan Ordusu artan gücü, qüdrətini “Qisas” və “Qətiyyətli cavab” əməliyyatlarında bir daha nümayiş etdirdi. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışırlar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər