“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


“Laçın” Qovşaq Yarımstansiyasının təməli qoyulub Prezident İlham Əliyev tədbirdə iştirak edib

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.

“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


LAÇIN ŞƏHƏRİ, ZABUX VƏ SUS KƏNDLƏRİNDƏ AZƏRBAYCAN İŞIĞI YANDI

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanılıb. Belə ki, “AzəEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.

Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.


“AzərEnerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başlayıb

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal “AzərEnerji” ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kolonlarla əraziyə daxil olub.

Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


“AzərEnerji” dənizdə böyük estakada tikir

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL


Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib. Məhz buna görə də, “Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb. Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.

Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos srtansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib.

Sonda onu da qeyd edək ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir və hazırda işlər tərtib edilmiş qrafiki bir ay qabaqlayır. Bununla da nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezidentin tapşırıqlarını  ŞƏRƏFLƏ yerinə yetirir ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər