Almaniyada böhran: klinikalar fəaliyyətini dayandırır

Almaniyada böhran: klinikalar fəaliyyətini dayandırır


Almaniya xəstəxanalarının 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Birliyinin apardığı araşdırmada belə nəticə ortaya çıxıb.

Qeyd edilir ki, enerji qiymətlərinin artması və yüksək inflyasiya klinikaların fəaliyyətini davam etdirməsini qeyri-mümkün vəziyyətə gətirib. Bu səbəbdən ölkədəki xəstəxanaların 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Assosiasiyasının prezidenti Gerald Qass klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanacağını açıqlayıb.

Qass xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pisləşəcək.

Bundan əlavə, araşdırmada xəstəxanaların 60 faizinin artıq maliyyə həyəcanı vəziyyətində olduğu qeyd edilib.

Araşdırmada xəstəxanalardakı kəsirin 2023-cü il üçün artıq 10 milyard avroya çatacağı bildirilib və xərclərin kəskin artımını tarazlaşdırmaq üçün dövlətdən dəstək istənilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər