Nensi Pelosinin kimliyi və nüfuz dairəsi - ŞƏRH

Nensi Pelosinin kimliyi və nüfuz dairəsi - ŞƏRH


Erməni mediası Nümayəndələr Palatası (NP) spikeri N.Pelosinin səfərini Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirirlər. Lakin təşkilatçıların etirafına görə, Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılıb.

Bu fikirlər Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin təhlilində öz əksini tapıb. Bildirilib ki, səfər və şərti sərhəddə toqquşma hadisələri arasında səbəb-nəticə əlaqəsi düzgün tərzdə təqdim edilməlidir:

“Sərhəd səfər toqquşmasının nəticəsi yox, mümkün səbəblərindən biridir.
Hərbi təxribatın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsi, Ermənistanın Azərbaycanı “Qətiyyətli cavab” əməliyyatına təhrik etməsi, Fransanın hal-hazırda sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyindən istifadə edərək, məsələni TŞ müzakirəyə çıxarması, Ermənistanın rədd cavabını alacağını bilə-bilə KTMT-yə hərbi yardım üçün müraciət etməsi, Paşinyanın Putin və Ərdoğanla görüşməmək üçün ŞƏT Səmərqənd sammitinə getməməsi, spiker A. Simonyanın atəşkəsin əldə edilməsində aparıcı rolun ABŞ-a məxsus olması və Ermənistanın digər ölkələrdən silah alacağına dair bəyanatları - bir-birinin ardınca baş verən təsadüfi hadisələr zənciri deyil. Bütün bunlar anti-Rusiya əhvali-ruhiyyəsini yaradaraq, Ermənistanın üzünü Qərbə tərəf çevirməyi nəzərdə tutan xüsusi əməliyyatın tərkib hissələridir”.

Təhlildə vurğulanıb ki, N.Pelosinin Ermənistan səfəri ABŞ qanunvericiliyinə görə əhəmiyyətli bir səfər hesab olunmur:

“NP sədrinin daxili siyasətdə rolu olduqca böyükdür. Partiya təşkilatına sədaqət, partiya rəhbərliyi və partiya xətti ilə səsvermə də Senatdan daha çox NP-də müşahidə olunur. NP spikeri prezident kürsüsünə sırada ikinci yerdə dayansa da, ABŞ tarixində heç bir spiker hələ bu yolla prezident seçilməyib.

Buna rəğmən xarici siyasətdə istər spiker, istərsə də Konqres çox məhdud rol oynayır. Ali Məhkəmənin 1936-cı il tarixli qərarına əsasən (“U.S. s. Curtis-Wright Ex. Co.” adlı məhkəmə işi), xarici siyasətdə əsas funksiya Prezidentə məxsusdur. Bu səbəbdən N.Pelosunun Ermənistan səfəri praktiki cəhətdən İrəvana faydası şübhəli görünür: spiker ABŞ adından müstəqil müqaviləyə imza ata və ya Ermənistana kredit verə bilməz. Spiker İrəvana hərbi yardım vəd edə, Azərbaycanı isə sanksiyalarla hədələyə bilməz. O, hətta Konqresdə qanun aktlarının qəbul edilməsinə belə zəmanət verə bilməz. Belə ki, istənilən akt qüvvəyə minmək üçün mütləq surətdə ABŞ Prezidenti tərəfindən imzalanmalıdır”.

Analizdə həmçinin qeyd olunub ki, Pelosi erməni kokusunun çoxdanki üzvü olsa da, erməni lobbisi tərəfindən irəli sürülən təşəbbüslərin əksəriyyətində iştirak etmir:

“Amerika Erməniləri Milli Konqresinin (ANCA) məlumatına görə Pelosi 114-cü konqresdə (2015-2016) heç bir təşəbbüsü dəstəkləməyib, cəmi bir dəfə qondarma erməni “soyqırımının” Kapitolidə keçirilən xatirə tədbirində iştirak edib. 115-ci konqresdə Pelosi erməni diasporunun dəstəklədiyi 20-dən artıq təşəbbüsdən yalnız birinə - Türkiyə ilə bağlı qətnaməyə dəstək verib. 116-cı konqresdə dəstək yalnız “(qondarma) Erməni Soyqırımı Qətnaməsi”nə, 117-ci, yəni cari konqresdə isə “Armenian Genocide Education Act” daxil olmaqla erməni lobbisi tərəfindən irəli sürülən heç bir vacib təşəbbüs N.Pelosi tərəfindən dəstəkləməyib.

Vurğulayaq ki, 2017-2018-ci illərdə N.Pelosi hətta Azərbaycanla əlaqəli lobbi təşkilatlarla iş birliyində şübhəli bilinirdi. Azərbaycan və Türkiyə ilə əlaqəli lobbi təşkilatları ilə işləyən (N.Pelosi daxil) parlament üzvlərinin adları “Barbour, Griffith & Rogers Group” şirkətinin hesabatında dərc edilib”.

Təhlildə bildirilib ki, səfər həmçinin ABŞ-dakı erməni seçicilərinin demokratlar partiyasının ətrafında konsolidasiyasını hədəfləyir:

“Tarixən Ağ Evə sahib partiya növbəti ara seçkilərində adətən məğlub olur. Hazırda Prezident C.Baydenin reytinqləri 50%-dən aşağıdır. Ekspertlər demokratlar partiyasının ara seçkilərdə bir və hətta iki palatanı itirə biləcəyini proqnoz edirlər. Seçkilərdə respublikaçılar partiyasının qələbəsi ermənilərin demokratlar partiyasının nəzarəti altında olan və Ermənistana xoş münasibət bəsləyən Ağ Ev və Konqres haqqında xəyallarına tezliklə dağıda bilər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər