Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır


78 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əfqan Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 78 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 78 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənovdur.

78 nömrəli tam orta məktəbin direktoru Əfqan Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əfqan Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Əfqan Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Əfqan Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əfqan Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əfqan Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əfqan Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əfqan Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 78 nömrəli tam orta məktəbin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əfqan Həsənov özünü doğruldub. Bizdə hörmətli Əfqan Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında yerləşən 78 nömrəli tam orta məktəbin binası 1882 - ci ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən 4 mərtəbəli, 15 sinif otaqlı, 360 yerlik əlavə yeni korpus tikilib istifadəyə verilmişdir. 2018-ci ildə məktəbin əsas binası əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 721 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur.

Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır


Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir - metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

Məktəb fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki, məktəbin məzunları içərisində dövlət və elm xadimləri vardır. Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin "Şərəf lövhəsi" şagird nailiyyətlərini əks etdirmək, eləcə də onları həvəsləndirmək üçün vasitədir. Məktəbin “Sehirli səslər” xor dərnəyi və “Bacarıqlı əllər” dərnəyinin üzvləri rayon və şəhər səviyyələrində keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

Məktəbin idarə olunmasında valideyn icması və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017/2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə texniki təmayül sinfi yaradılmışdır. 2019/2020-ci dərs ili üçün məktəbdə texniki və riyaziyyat-iqtisadiyyat təmayül sinfi açılmışdır. 2016/2017-ci tədris ilindən etibarən məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Məktəbimiz son illərdə bir sıra uğurlara imza atmışdır.

2017/2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Birinci Qrant Müsabiqəsi" nin qalibi olmuş və məktəbimizdə "Ümumtəhsil məktəblərində Coğrafiya fənninin tədrisində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi" layihəsi uğurla həyata keçirilmişdir.

2017/2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsi uğurla yekunlaşmışdır.

2017/2018-ci tədris ilində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlərimiz Naxçıvanda, 2018/2019-cu tədris ilində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur aksiyada iştirak etmişdir.

2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə İkinci Qrant Müsabiqəsi" nin qalibi olmuş və “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihə uğurla yekunlaşmışdır.
Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır
Şərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayırŞərəfli peşəyə yiyələnən Əfqan Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər