Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz...” - FOTO

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz...” - FOTO


Yeni məktəbli formaları ilə bağlı valideynlər arasında narazılıqlar var.

Belə ki, valideynlər iddia edirlər ki, formaların keyfiyyəti onların qiyməti ilə müqayisədə xeyli aşağıdır.

Ətəklərin tikilməsində istifadə olunan parçaların həddindən artıq nazik olması, eləcə də tikilişdə yol verilən xətalar valideynlərin diqqətindən yayınmayıb. Halbuki Bakı Tikiş Fabrikinin rəhbəri bildirmişdi ki, parçalar keyfiyyətli olduğu üçün qiyməti ucuz etmək mümkün deyil. Övladı bu il ikinci sinifə gedən valideyn qız uşağı üçün aldığı bir ətək və bir polo köynək üçün 39 manat ödəniş etdiyini deyir:

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz...” - FOTO


“Ətək həddindən artıq nazik parçadan tikilib. Payız fəsli üçün əlverişli deyil. Üstəlik, tikişlər səliqəsizdir. Hiss olunur ki, başdansovdu, necə gəldi tikilib. Allah bilir, bir dəfə yuyulandan sonra ölçüsü kiçiləcək”.

Ölkə.Az xəbər verir ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da Bakupost.az-a açıqlamasında məktəbli formalarının keyfiyyətsiz və zövqsüz olmasının şəkillərdən də göründüyünü bildirib:

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz...” - FOTO


“Valideyn məktəbli formaları üçün kifayət qədər pul ödəyir. Məktəbli formalarının müxtəlif vaxtlarda dəyişilməsi də valideynin problemi deyil. Düzdür, nazir öz çıxışında dedi ki, məcburi xarakter daşımır. Hətta aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailələrin övladlarının forma təminatı ilə bağlı müəyyən prosedur işlənib hazırlanacaq. Digər tərəfdən, valideyn keyfiyyətsiz formanı niyə almalıdır? Ondansa əvvəlki kimi qara ətək, qara şalvar, yaxud özü keyfiyyətinə güvəndiyi geyimi almalıdır.

Hazırkı formaların alınması məcburi deyil, tövsiyə xarakterlidir. Bu səbədən bizə elə də çox müraciət daxil olmayıb. Lakin bu məsələ növbəti illərdə geniş müzakirələrə səbəb olacaq. Və biz İctimai Şura olaraq geyimlərin keyfiyyətilə maraqlanacağıq”.

G.Səfərova məktəbli formalarının sayının kifayət qədər olmaması ilə bağlı məsələyə də diqqət çəkib:

“Məktəbli formaları ilə bağlı bir il əvvəl qərar verilsə də, məsuliyyətsiz yanaşma səbəbindən hazırda satışda kifayət qədər forma olmadığı müşahidə olunur. Eyni zamanda pedaqoji heyətə formaların müzakirə edilməsi üçün seçimlər təqdim edildi. Görünür, pedaqoji heyətin qərar verməsi müəyyən zaman alıb. Daha açıq desək, bu, tələsik qərara da oxşayır. Dizayn əvvəldən verilsəydi, keyfiyyətə nəzarət mümkün olardı. Bu il problemlər olacaq, yəni məktəbli formaları çatmayacaq. Bu sahədəki özəl şirkətlərə də imkan yaradılmalıdır ki, rəqabətli mühit olsun. Əgər rəqabətli mühit yaradılsa, keyfiyyət üzərindən bazara xeyli maraqlı şirkətlər daxil olar. O zaman valideyn olaraq biz daha keyfiyyətli forma ala bilərik”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli də məktəbli formalarının keyfiyyətsizliyilə bağlı valideynlərin narazılığını haqlı hesab edib:

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz...” - FOTO


“İstər indiki, istərsə də əvvəlki məktəb formalarının keyfiyyətsizliyindən valideynlər haqlı narazılıq bildirirdilər. Çünki formaya kifayət qədər pul verilir. Bir evdən iki və ya üç uşaq məktəblidirsə, görün ailə büdcəsindən nə qədər vəsait ayrılmalıdır. Nazir qeyd edir ki, formanın qiymətinə qarışmır, bunu bazar münasibətləri müəyyən edir. Lakin dərs vəsaitləri, o cümlədən, məktəb forması da təhsilin bir parçasıdır. Formanın dizaynını verməkdə maraqlıdırlarsa, qiymətlərin tənzimlənməsinə də nəzarət etməlidirlər. Digər tərəfdən, əgər keyfiyyət dəyişməyəcəkdisə, o zaman bu formanın dizaynını dəyişməyin nə əhəmiyyəti vardı? Çarəsiz valideyn nə etməlidir, ildə neçə dəfə məktəbli forması almalıdır?”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər