Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Cavanşir Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifovdur.

Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Cavanşir Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Cavanşir Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Cavanşir Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Cavanşir Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Cavanşir Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Cavanşir Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Cavanşir Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Maliyyə Nazirliyinin Aparat rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Cavanşir Yusifov özünü doğruldub. Bizdə hörmətli Cavanşir Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifov - Ümummilli Lider – dahilik və müdriklik zirvəsi. Ulu öndər Heydər Əliyev xalqı üçün yaşadı, yaratdı, bütun ömrünü özünün də qeyd etdiyi kimi, xalqına həsr etdi. Azərbaycan çox ağır günlər və ağır sınaqlar keçmişdi. Lakin həmin günlərdə xalqımızın Ulu Öndərimiz kimi bir çırağı və ​ ümidi var idi. Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.​

Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


1991-ci il 3 sentyabr Azərbaycanın müstəqillik tarixinə yazılan əlamətdar günlərin başlanğıcıdır. Ulu öndər Heydər Əliyev həmin tarixdə Naxçıvan MR Ali Məclisinin sədri seçilmişdi. 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin doğulub böyüdüyü Naxçıvana gəlməsi, muxtar respublikanı başı üzərini almış təhlükədən, bu qədim diyarı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Ulu öndərin rəhbərliyi ilə irəli sürülən ideyalar və bu istiqamətdə Naxçıvan­da qəbul edilən qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənirdi. Məhz ölkə ictimaiyyətinin təsiri nəticəsində az sonra Azərbaycan SSR rəhbərliyi də bəzi addımlar atmalı oldu. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtı ilə qəbul etdiyi üçrəngli bayraq Azərbaycan Respublikası­nın Dövlət Bayrağı kimi təsdiq edildi.

Ümuimmilli lider Heydər Əliyevin Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Dağlıq Qara­bağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, həqiqətən də, taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas etmək üçün real imkan yaratdı. Heydər Əliyevin ilk gündən başlayaraq atdığı ad­dımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın rəhbəri kimi o, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.

Ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliyi həm də ondan ibarət idi ki, o, böyük təşəbbüslə xalqı böyük bir ideya– azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirməyə çalışdı. Ulu öndər bunun nə qədər həyati zərurət olduğunu əməli işilə sübut edirdi. Qeyd edirdi ki, xalq birləşməsə, həmrəyliyə nail olmasa, müstəqilliyini və azadlığını da qoruyub saxlaya bilməyəcək.

Heydər Əliyevin ideyaları və uğurla tətbiq olu­nan siyasi kursu sonrakı illərdə də böyük nailiyyətlərin əldə edilməsinin əsas stimulu, hərəkətverici qüvvəsi oldu.

Ulu öndər Heydər Əliyev ideyalarını və dövlətçilik təlimini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilməsini təmin etməklə ölkəmizin hərtərəfli, dinamik və dayanıqlı inkişafına nail olmuşdur. Heydər Əliyevin Naxçıvan­la bağlı arzuları da ən yüksək səviyyədə həyata keçirilmişdir. Qüdrətli dövlət xadiminin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Nax­çıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” – fikirləri ölkəmizdə, eləcə də, Naxçıvan Muxtar Respublika­sında öz əksini tapıb.

Müdrik dövlət xadimi və milli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublika­sı bu gün tarixin heç bir mərhələsində görünməmiş uğurlara imza atır. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində taleyüklü, əlamətdar və ümummilli önəm daşıyan bir hadisədir. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı.

Artıq Azərbaycan Qarabağ problemini uğurla həll edib, ərazi bütövlüyümüz bərpa edilib, işğal olunmuş rayonlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad edilib. Və bütün bunların hər biri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsindədir.


Cavanşir Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər