Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanılıb - FOTO

Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanılıb - FOTO


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanılıb - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər