Cavad Rəcəbovun bu görüntüsü günlərdir müzakirə olunur: yenisini çəkdi - VİDEO

Cavad Rəcəbovun bu görüntüsü günlərdir müzakirə olunur: yenisini çəkdi - VİDEO


Müğənni Cavad Rəcəbov son günlər sosial şəbəkələrdəki paylaşımları ilə müzakirələrə səbəb olub.

Müğənni dəniz sahilində üstü palçıqlı vəziyyətdə video paylaşaraq insanları şəfa tapmaq üçün Naftalan əvəzinə dənizə gəlməyi tövsiyə edib:

“Əziz dəniz həvəskarları, sizə bir şeyi tövsiyə edirəm. Mən Cavad Rəcəbov uzun illərdir dəniz qırağında yaşayan bir insanam. Bu dəniz şirəsi bütün bədəndəki səpgi və ağrıları götürür. Ay nə bilim Naftalana get, ay nə bilim hara get. Bax, hər şey bizim bu Xəzər dənizindədir. Özü də Cavad Rəcəbovun yaşadığı dəniz kənarı. Gəlin. Bu dəniz şirəsindən istifadə etməyinizi sizə tövsiyə edirəm”.



Sosial şəbəkələrdəki çoxsaylı tənqidlərdən sonra paylaşımını silən müğənni başqa bir video paylaşıb. O, növbəti paylaşımında Naftalan kurort mərkəzi ilə bağlı xoş sözlər söyləyib:

“Naftalan bizim Azərbaycanımızın müalicəvi mərkəzidir, kurort şəhəridir. Hamınıza tövsiyə edirəm ki, ora gedin. Amma bununla yanaşı, bizim cənub diyarında pulsuz-parasız dəniz var. Gəlsinlər, bu şirədən istifadə etsinlər”,- deyə o söyləyib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər