İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)

İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)















Son aylar ölkədə edamların sayı kəskin dərəcədə artıb

İranda cinsi təcavüzdə və qətldə günahlandırılaraq ölüm hökmünə məhkum edilən daha 2 nəfər ictimaiyyət qarşısında edam edilib.

Hər iki müttəhim, iyunun 5-i sübh saatlarında İranın Şiraz şəhərinin küçələrindən birində ictimaiyyət qarşısında dar ağacından asılıb.

Adı mediaya açıqlanmayan müttəhimlərdən biri, bir neçə il ərzində gecələr gizli şəkildə evlərə daxil olaraq oğurluqla yanaşı, onlarla qadına təcavüz etməkdə təqsirli bilinib.

Bir qadını zorladıqdan sonra qətlə yetirməkdə günahlandırılan digər müttəhimin isə adı, Muctaba G. kimi mediaya işıqlandırılıb. Hər iki şəxs, dar ağacı kimi istifadə edilən iki krandan asılıb.

Son aylarda İranda edamların sayı kəskin dərəcədə artıb.

İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.

İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)
İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)
İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)
İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)
İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər