"Viktoriya"nın kapitanı: "Qarabağ"ı qəzəbləndirmək istəyirdik"

"Viktoriya"nın kapitanı: "Qarabağ"ı qəzəbləndirmək istəyirdik"


"Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu".

Bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

32 yaşlı müdafiəçi ikinci yarıda praktiki olaraq heç nə etmədiklərini bildirib: "Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik".

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib: "Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər