Baş Dövlət Yol Polisi İdarəsində silsilə tədbirlər davam edir

Baş Dövlət Yol Polisi İdarəsində silsilə tədbirlər davam edir


Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkil etdiyi “Könüllülük" düşərgəsində yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş görüş keçirilib

“YayFest2022” çərçivəsində təşkil edilmiş tədbirə dəvət olunan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev yeniyetmə və gənclərin yol hərəkəti zamanı üzləşdikləri risklərin azaldılması, bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər və həyata keçirilən maarifləndirmə, təbliğat-təşviqat işləri barədə könüllülərə geniş məlumat verib.

Yol hərəkəti təhlükəsizliyi sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli üçün gənclərlə birgə iştirakçılığın xüsusi əhəmiyyət daşıdığını qeyd edən polis polkovnik-leytenantı M.Ağayev diskusiya şəraitində keçən görüşdə gənclərin suallarını cavablandırıb, təkliflərini dinləyib.

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxsin sərnişinlərində şübhə altına alındı

Baş DYP İdarəsinin YPX Alayının 7-ci taqımının əməkdaşları 13.08.2022-ci il tarixində xidmət apardıqları stasionar postda “Range Rover” markalı avtomobili sahibinin məhdudlaşdırılmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsinə görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı 1991-ci il təvəllüdlü, Göygöl rayonunda qeydiyyatda olan Elvin Abdullayevin sözügedən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla yanaşı, saxlanılan nəqliyyat vasitəsində sərnişin qismində gedən avtomobilin sahibi, Gəncə şəhər sakini Kənan Qurbanovun, eləcə də onun həmyerliləri Orxan Bağırov və Seymur Cəfərovun hərəkətləri və zahiri körkəmləri şübhə doğurduğu üçün əraziyə çağırılmış Kürdəmir RPŞ-nin əməkdaşları ilə birgə onların üzərlərinə baxış keçirilib. Baxış zamanı Kənan Qurbanovun üzərindən küllü miqdarda psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Təmiz hava” aylığının keçirilməsinə başlanıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə cari il avqust ayının 1-dən sentyabr ayının 1-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirir.

Priventiv əhəmiyyət kəcb edən “Təmiz hava” aylığının keçirilməsində əsas məqsəd ölkəmizin avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaq, habelə sürücülərin, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirilməsidir.

Bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər